Komitə sədri Ağdaşda vətəndaşları qəbul edəcək

Komitə sədri Ağdaşda vətəndaşları qəbul edəcək

28 İyun 2016 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 2-də Ağdaşda vətəndaşları qəbul edəcək.

Komitədən verilən məlumata görə, Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq qəbul zamanı bölgədə yerləşən rayonların - Ağdaş, Göyçay, Yevlax, Ucar rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 1-i saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mediainfo.az