Günəş enerjisi diş çürüməsinin qarşısını alır

Günəş enerjisi diş çürüməsinin qarşısını alır

11 Avqust 2011 15:02
969
Bəyəndim (0) Bəyənmədim (0)
D vitamini möcüzələr yaradır

Alman "Aerztezeitung" qəzetinin xəbərinə görə, Amerikada aparılan araşdırma maraqlı nəticəni ortaya çıxarıb. Sən demə, bol Günəş şüası olan bölgələrdə yaşayanların dişləri digərlərinə nisbətdə daha sağlam imiş. Günəş şüaları D vitamini deməkdir. Bu da immuniteti gücləndirir, çürüyə qarşı bir divar yaradır. Deməli, D vitamini diş minasını gücləndirir, onu çürükdən, kariyesdən qoruyur. Hətta mütəxəssislər bildirirlər ki, az miqdarda Günəş şüası görən bölgələrdə yaşayanlar günorta vaxtı yarım saat günəş enerjisi alsalar, dişlərindəki çürüməyə başlamış hissələrin qarşısını ala bilərlər.

Günəş enerjisi insan üçün çox xeyirlidir. Amma, bunun da həddi var. Həddi aşanda isə acı nəticələrə gətirib çıxarır.

Günel Həbib

O.M.