Siqaret çəkənlər xərçəngdən bu məlumatı oxuduqdan sonra qurtula bilərlər

Siqaret çəkənlər xərçəngdən bu məlumatı oxuduqdan sonra qurtula bilərlər

9 Avqust 2011 15:35
923
Bəyəndim (0) Bəyənmədim (0)
Bu vitamin xərçəng riskini xeyli azaldır

Fransanın Beynəlxalq Onkoloji Tədqiqatlar Agentliyinin mütəxəssisləri araşdırma apararaq müəyyən ediblər ki, orqanizmində yüksək səviyyəli B6 vitamini olan siqaret çəkənlərin ciyərlərində xərçəng əmələ gəlməsi riski iki dəfə azdır. Qanda fol turşusunun yüksək səviyyədə olması da bu xəstəliyin inkişaf riskini 67 faiz azaldır.

Dənli bitkilər, qoz və fındıq, ispanaq, kartof, kök, rəngli və ağ kələm, pomidor, çiyələk, gilas, portağal və limon B6 vitamini ilə xüsusilə zəngindir. B6 vitamini ət və süd məhsullarında, balıqda, qaraciyərdə, yumurtada, yarmada və paxlada da var. Lakin alimlər bu məhsullara ümid etməməyi tövsiyə edir və zərərli vərdişlərdən əl çəkməyi məsləhət görürlər.

Çalışın, sağlam qalın.

Günel Həbib

O.M.