Duz neqativ enerjini bizdən uzaqlaşdırır

Duz neqativ enerjini bizdən uzaqlaşdırır

1 Avqust 2011 16:56
1 236
Bəyəndim (0) Bəyənmədim (0)
Duzlu sudan gələn sağlamlıq

Dənizə girdiyimizdə rahatlıq hiss etdiyimizi hər kəs bilir. Hovuza girdiyimizdə isə bunu hiss etmirik. Bütün bunların səbəbi duzdur. Duzlu su tərkibindəki xüsusi maddələr sayəsində içimizdəki neqativ enerjini alıb aparır. Ona görə də imtahan, iclas kimi ağır, çətin gərilmədən qurtulmaq üçün əllərinizi əvvəlcədən duzlu (1 lt. 2 xörək qaşığı duz) su ilə yuyun. Bu, neqativ enerjidən sizi yayındıracaq. Hər gecə və ya çöldən evə gələrkən əllərinizi sabunlamamışdan öncə əl-üzyuyanın önündə əvvəlcədən hazırladığınız bir miqdar duzlu su ilə yuyun. Duş aldığınız anda da duzlu suyu başınızdan aşağı tökdükdə tam və dəqiq nəticə əldə edəcəksiniz.

Sağalmaq ümidi - sağalmağın yarısıdır...

Günel Həbib

O.M.