Sən demə, piyada gəzinti adamı xoşbəxt edir

Sən demə, piyada gəzinti adamı xoşbəxt edir

27 İyun 2011 22:00
Bəyəndim (0) Bəyənmədim (0)
Piyada gəzən siqaret çəkmək istəmir

Yarım kilometrə yaxın piyada gəzinti siqaretdən yaxa qurtarmaq istəyənlər üçün ən yaxşı vasitədir. Amerikalı mütəxəssislər müəyyən etmişlər ki, 20 dəqiqəlik gəzintidən sonra siqaret çəkənlərdə siqaretə qarşı həvəs nəzərəçarpacaq dərəcədə azalır. İntensiv qaçış isə hər kəsə olmaz. Ürəyilə bağlı problemi olanlara və onurğa sütunu xəstələrinə bu zərərdir. Əgər arıqlamaq istəyirsinizsə, bunun üçün qaçmaq vacib deyil, sadəcə, tez-tez yeriyə də bilərsiniz.

Ümumiyyətlə, piyada gəzmək çox faydalıdır. Bu, ürəyin və ağciyərlərin fəaliyyətini yaxşılaşdırır, qanın tərkibini və damarların fəaliyyətini normallaşdırır, əzələləri, bağları, oynaqları və sümükləri möhkəmləndirir. Bundan əlavə, piyada gəzinti orqanizmdə olan əlavə yağların yanmasına səbəb olur. Sən demə, gəzinti zamanı həm də xoşbəxtlik hormonu olan endorfin də ifraz olunur.

Piyada gəzmək adamı xoşbəxt edir. Odur ki, maşını olmayanlar, narahat olmayın, siz ən sağlam və xoşbəxt adamlarsınız.

Əfqanə Səhər

O.M.