Çay dişlərə ziyandır

Çay dişlərə ziyandır

27 İyun 2011 21:31
1 376
Bəyəndim (0) Bəyənmədim (0)

Tədqiqatçılar müəyyənləşdiriblər ki, çay dişlər üçün zərərlidir. Çünki onun tərkibində dişin emal qatını zədələyən turşular var. Yaşıl çay istehsalçıları isə bu fikrə qarşı çıxaraq öz izahlarını bildirmiş və söyləmişlər ki, ağız suyu turşuları yaxşı neytrallaşdırır və nəticədə diş emalı zədələnmədən qorunmuş olur. Onların söylədiklərində də həqiqət var. Ancaq hər halda bir həkim olaraq öz fikrimi belə bildirmək istərdim ki, qara çay qəbulundansa yaşıl çay içməyə daha çox üstünlük vermək lazımdır. Çünki yaşıl çay orqanizmdə əmələ gələn sərbəst radikalları parçalayır. Sərbəst radikallar isə xərçəng hüceyrələri yaradanlardır. Ona görə də gün ərzində heç olmasa bir dəfə yaşıl çay içmək lazımdır.

Yaşıl çay xoşlamayanlara isə məsləhət görərdik ki, cökə və ya heyva çaylarına üstünlük versinlər. Çay içən zaman onun içərisinə qantəpər, solmazçiçəyi, nanə, limon və s. əlavə etməyi unutmayın.

Doğrusu, bu məlumatı limonlu çay içə-içə yazırdım...

Əfqanə Səhər

O.M.