Həsən Şirinov haqqında yayılan məlumatlara rəsmi münasibət

Həsən Şirinov haqqında yayılan məlumatlara rəsmi münasibət

7 Yanvar 2015 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mətbuatda idarənin rəis müavini, polis general-mayoru Həsən Şirinov haqqında yayılan məlumatlara aydınlıq gətirib.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, son günlər internet və çap mediada BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız məlumatlar yayılıb: "Rəsmən bildiririk ki, bu xəbərlər həqiqətə uyğun deyil. Polis general-mayoru Həsən Şirinov hazırda baş idarənin rəis müavini vəzifəsindədir və xidmətini davam etdirir".

Mediainfo.az