2015-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar SHXÇDX - də müşavirə keçirilib

2015-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar SHXÇDX - də müşavirə keçirilib

29 Dekabr 2014 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2014-cü il xidməti fəaliyyətin yekunlarına və 2015-ci il yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.

SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Apa -ya verilən məlumata görə, müşavirədə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində görülmüş işlərə dair məruzə edib, 2015-ci ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.

Müşavirədə bir sıra məsələlər müzakirə olunub, general-leytenant A.Rəhimov 2015-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib.

Müşavirənin yekununda Xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Mediainfo.az