Dini Komitənin sədri: “Radikallar İslamı içəridən dağıtmaq istəyənlərin törəmələridir”

Dini Komitənin sədri: “Radikallar İslamı içəridən dağıtmaq istəyənlərin törəmələridir”

26 Dekabr 2014 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

"İslamı dəyərlər adı altında içimizə soxulmaq istəyən qruplar var. Biz bunlara radikal qruplar deyirik. Bunların İslamla heç bir əlaqəsi yoxdur. Onlar beynəlxalq miqyasda İslamı içəridən dağıtmaq, qan tökmək, dinlərarası mübarizə, qarşıdurma yaratmaq istəyənlərin törəmələridir. Çox təəssüf ki, bu qrupların fəaliyyətini Azərbaycanda da yaymaq istəyənlər var".

Apa-nın məlumatına görə, bunu dini komitənin sədri Mübariz Qurbanlı bu gün "Azərbaycan Dəmir Yolları" QSC-də keçirilən "Milli-mənəvi dəyərlər və müasirlik" adlı konfransında bildirib.

M.Qurbanlı qeyd edib ki, əksər insanlar bu qrupların sıralarına bilməməzlikdən, nadanlığın qurbanı olaraq qoşulurlar: "Biz onlarla söhbət edirik və soruşuruq ki, İslamın həqiqi dəyərlərini bir kənara qoyub sən kimə oxşamaq, neyləmək istəyirsən? Hansısa ölkədəki İslam adı altında dinə aid olmayan hərəkətləri, qarşıdurmanı bura gətirmək istəyirsən? Buna imkan vermək olmaz və imkan verməyəcəyik. Elə imkan verməmək üçün də biz insanlarla görüşlər keçiririk və bunun əsl mahiyyətini onlara açıqlayırıq".

Mediainfo.az