Penitensiar Xidmətdə tədbir keçirilib

Penitensiar Xidmətdə tədbir keçirilib

19 Dekabr 2014 16:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsində "Mülki müdafiə 2014-cü tədris ilinin yekunları və 2015-ci ildə qarşıda duran əsas vəzifələr" mövzusunda toplantı keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mühafizə texnikası şöbəsi tərəfindən təşkil olunan toplantıda tabe qurumlarda mülki müdafiə sahəsinə rəhbərlik edən və cavabdeh olan əməkdaşlar iştirak ediblər.

Tədbir zamanı mülki müdafiə sahəsində 2014-cü ildə görülmüş işlər və 2015-ci ildə qarşıda duran əsas vəzifələr barədə məlumatlar verilib. Daha sonra mülki müdafiə qərargahları qarşısında duran əsas vəzifələr və tabe qurumlarda mühəndis mühafizəsinin təhlili barədə müzakirələr aparılıb.

Toplantının sonunda FHN tərəfindən keçirilmiş "Xəzər-2013" taktiki təlimin video çarxı nümayiş etdirilib.

Mediainfo.az