Dini komitədə toplantı keçirilib

Dini komitədə toplantı keçirilib

19 Dekabr 2014 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Dinşünaslıq üzrə Komissiyanın yaradılması ilə bağlı növbəti iclas keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qurumun fəaliyyətinin vacibliyindən danışaraq bildirib ki, Əsasnaməsinə görə Komissiya milli-mənəvi və dini dəyərlərimizin təbliği və təşviqi, eləcə də ölkədə tolerantlığın qorunub saxlanması istiqamətində önəmli işlər görə bilər. Eyni zamanda, Komissiya üzvlərinin Komitə əməkdaşları, mütəxəssis və dini icmalarla bərabər regionlarda dini maarifləndirmə yönündə tədbirlər həyata keçirməsi nəzərdə tutulur. Dini radikalizmə qarşı mübarizədə əsas hədəflərdən biri maarifləndirmə işinin aparılmasıdır ki, bunu da Komissiya və digər aidiyyəti qurumlar birgə həyata keçirəcəklər. İclasda Komissiyanın Əsasnaməsi müzakirə olunub. Təkliflər nəzərə alınmaqla Dövlət Komitəsinin sədri Komissiyanın Əsasnaməsini və üzvlərini təsdiq edib. Həmçinin, Komissiyanın katibi təyin edilib.

Mediainfo.az