Maşın idarə edərkən qolunuzu çölə çıxarmayın

Maşın idarə edərkən qolunuzu çölə çıxarmayın

23 İyun 2011 17:23
Bəyəndim (0) Bəyənmədim (0)
Əks halda, xərçəng ola bilərsiniz

Amerika professorları maşının şüşələrini aşağı endirərək, qolunu uzun müddət çöldə saxlayan və bu şəkildə qalanların dəri xərçənginə tutulma riskinin olduğunu üzə çıxarıb. Vaşinqton Universitetindən verilən bilgiyə görə, vücudun tək tərəfindən baş qaldıran dəri xərçənginin 57 faizinin sol tərəfə, qolun üst qismindəki şişlərin 53 faizinin sol qola aiddir. Bunun səbəbi də maşını idarə edərkən qolun çölə çıxarılması və Günəşdən gələn ultrabənövşəyi şüaların dəriyə təsiri ilə əlaqələndirilib. Sürücülərə avtomobil idarə edərkən Günəşə qarşı olan kremlərdən istifadə etmələri məsləhət görülüb.

Qolunuzdan muğayat olun ki, ölümünüzə qol atmayasınız.

Günel Həbib

O.M.