Kılıçdaroğlu: “Yaltaqdan sənətçi olmaz”

Kılıçdaroğlu: “Yaltaqdan sənətçi olmaz”

15 Dekabr 2014 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu məşhur aktrisa və maqazin ulduzu Hülya Afşarı sərt tənqid edib.

Apa-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri K. Kılıçdaroğlu H. Afşarın onu məhkəməyə verməsi barədə jurnalistlərin sualını cavablandırıb.

K. Kılıçdaroğlu "Hülya Afşar kimdir ki? Onun sənətçi olub-olmadığı mübahisəlidir. Yaltaqdan sənətçi olmaz. Sənətçi əsən rüzgara görə əyilməməlidir və duk durmalıdır", - deyə söyləyib.

Xatırladaq ki, H. Afşar ötən həftələrdə cəmiyyətdə mübahisə mövzusu olan 1100-dən çox otaqdan ibarət yeni prezident sarayında prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra jurnalistlərə açıqlamasında sarayda elə bir ehtişam görmədiyini və onun sadə bir iqamətgah olduğunu bildirib. K. Kılıçdaroğlu isə R. T. Ərdoğanın daxili siyasətə qarışmasını tənqid edərkən "otursun öz sarayında. Bir tərəfində Hülya Afşarı da oturda bilər" demişdi. H. Afşar bu sözləri təhqir sayaraq məhkəməyə müraciət edib və K. Kılıçdaroğlundan 50 min lirə təzminat tələb edib.

Mediainfo.az