Qalstuk xərçəng, kirəcləşmə, beyin ağrılarına səbəb olur

Qalstuk xərçəng, kirəcləşmə, beyin ağrılarına səbəb olur

23 İyun 2011 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Türk professoru Mehmet Yavuz iş həyatında kostyum və qalstukdan mütəmadi olaraq istifadə edən kişilərin hansı təhlükə ilə qarşı-qarşıya olduqlarından söz açıb. Günün ən az 8 saatını qapalı iş yerində keçirməyin ciddi stressə səbəb olduğuna işarət edən elm adamı kişilərin kostyum və qalstukdan istifadə etməsini risk faktoru adlandırıb. Özəlliklə sıx-sıx bağlanan qalstuk kişilərdə baş ağrılarına, konsentrasiya pozğunluğuna, boyun və beyin ağrılarına şərait yaradır. Çünki qalstuk beyinə qan verən əsas damarları sıxır. Bundan başqa, damarlarda kirəcləşmə və sərtlik yaradır, hətta qırtlaq xərçənginə də yol aça bilir. Ona görə də yaxşı olardı ki, qalstuk qırtlağa bərk-bərk sıxılmasın, ondan bir neçə sm uzaqlıqda olsun.

İnanın ki, bəzi məmurları elə qalstukundan asmaq lazımdır...

Günel Həbib

O.M.