Nazirdən ciddi xəbərdarlıq

Nazirdən ciddi xəbərdarlıq

4 Dekabr 2014 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkədə uşaqların daha erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsindən narahatlığını bildirib.

Mediainfo.az trend-ə istinadən xəbər verir ki, M.Cabbarov bu gün Bakıda keçirilən "Elektron hökumətin qurulması problemləri" mövzusunda ilk elmi-praktiki konfransda çıxışı zamanı deyib ki, bir çox ölkələrdə, hətta təhsil sistemi inkişaf etmiş ölkələrdə belə, sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyəti tətbiq edilir. Uşaqlar adətən 12 yaşdan sonra sosial şəbəkələrə qoşula bilirlər.

Nazirin sözlərinə görə, Azərbaycanda gənc nəsillərin sosial şəbəkələrdən istifadə etməsinin müsbət tərəfləri olsa da, bəzilərinin daha erkən yaşlarda - uşaq psixologiyası formalaşmadan sosial şəbəkələrə qoşulması narahatedici haldır.

M.Cabbarov bu məsələ ilə bağlı cəmiyyət və ailələrin üzərinə də müəyyən işlərin düşdüyünü nəzərə çatdırıb.

Mediainfo.az