Zakir Qaralov Abşeron sakinlərini qəbul edəcək

Zakir Qaralov Abşeron sakinlərini qəbul edəcək

1 Dekabr 2014 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Baş prokuror Zakir Qaralov Abşeron rayonunda vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Z. Qaralov dekabrın 5-də saat 10:00-da Abşeron rayon Prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlişlərinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilər.

Mediainfo.az