Esmira Alməmmədova:  "QİÇS artıq xroniki xəstəlik hesab olunur"

Esmira Alməmmədova: "QİÇS artıq xroniki xəstəlik hesab olunur"

1 Dekabr 2014 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

"Əvvəlki illərlə müqayisədə QİÇS xəstəliyinə yanaşmalar dəyişib. Artıq QİÇS xroniki xəstəlik hesab olunur və ağır xəstəlik olsa da, antiretrovirus-terapiya adlanan müalicəsi var".

Apa-nın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün keçirilən mətbuat konfransında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, digər beynəlxalq təşkilatlar bu terapiyanı əsas müalicə vasitəsi, ən qüvvətli və effektli tədbir hesab edilir. Onun sözlərinə görə, antiretrovirus-terapiya tətbiq olunan xəstələrin sayı 2014-cü ilin sonuna kimi 13,6 milyon nəfər təşkil edib: "2012-ci illə nisbətən onların sayı 40% artıb. 2012-ci ildə QİÇS-lə bağlı ölüm hallarının sayı 2005-ci illə müqayisədə 29% azalıb. Bu proses terapiyanın geniş yayılması səbəbindən baş verib".

E.Alməmmədova qeyd edib ki, başqa ölkələrdə İİV-lə bağlı yeni yoluxma və ölüm halları azalıbsa, Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində belə hallar 2006-cı ilə nisbətən 13% artıb. O bildirib ki, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində İİV virusuna yoluxan insanların 1/3 hissəsi və ya 50 faizinin özlərinin bu xəstəliklərə yoluxmaları barədə məlumatları olmayıb: "Bu da xəstəliyin xüsusiyyətindən irəli gələn bir səbəbdir. 1988-ci ildən başlayaraq 1 dekabr- BMT tərəfindən QİÇS-lə Mübarizə günü kimi təsis olunub. Bu tarix dünya ictimaiyyətinin diqqətini bu problemlə yönəltməkdir. 2013-cü ildə dünyada İVV/QİÇS-ə yoluxanların ümumi sayı 35 milyon nəfər olub. Bu say 2012-ci illə müqayisədə 300 min nəfər azalıb. Ötən il 2 milyon insanda yeni yoluxma halı qeydə alınıb. QİÇS-dən dünyasını dəyişənlərin sayı 1,5 milyon olub. Bu göstəricilərdə də 2012-ci illə müqayisədə azalma müşahidə olunub".

Mediainfo.az