Elektrik enerjisinə qənaətin ən asan yolu

Elektrik enerjisinə qənaətin ən asan yolu

20 İyun 2011 21:17
1 686
Bəyəndim (0) Bəyənmədim (0)
Bunu hər kəs bilməlidir


İndi hamı pulun azlığından şikayət edir. Lakin heç kim başa düşmür ki, zənginliyin sirri qazancın sayında deyil, xərcin qənaətli olmasındadır. Odur ki, sizə məişətdə elektrikə qənaət barədə bir neçə məsləhət verəcəyik.

1. Eviniz üçün çilçıraq və onun üçün lampa seçərkən yadda saxlayın ki, 100 vt-lıq lampa 25 vt-lıq dörd ədəd lampadan daha qənaətli və effektlidir.

2. Soyuducu üçün xüsusi qaydalara əməl etsəniz, elektrikə 15-20% qənaət etmiş olarsınız: soyuducuya isti qablar qoymayın. Qapısını tez-tez açıb, açıq şəkildə saxlamayın. Mütləq diqqət edin ki, arxa divarla soyuducu arasında məsafə olsun. İçərisindəki hava dövranına diqqət yetirmək lazımdır. Orta rəflərinə iri qazanlar və tavalar yerləşdirməyin.

3. Paltaryuyan maşın çalışarkən bəzi xanımlar onun üzərinə əşyalar yerləşdirirlər. Bu, çox yanlış bir hərəkətdir. Belə ki, işlədiyi müddətdə üzərindəki ağır yük sayəsində maşın lazım olduğundan da artıq elektrik sərf edir. İsrafçılığın qarşısını almaq üçün əvvəlcədən paltaryuyan maşının üstünü boşaltmaq və onu "sərbəst" buraxmaq lazımdır.

Yuxarıda qeyd etdiyimiz kimi, zənginliyin sirri qənaətdədir. Bilgilərinizi zənginləşdirin, əziz qadınlar...

Əfqanə Səhər

O.M.