Ərzaqları yayda necə saxlamalı?

Ərzaqları yayda necə saxlamalı?

20 İyun 2011 21:07
1 166
Bəyəndim (0) Bəyənmədim (0)
Sirli təbiətə qarşı qadınların sirri

Bildiyiniz kimi, yayda havaların istiləşməsi ilə əlaqədar bir çox problemlər yaşanır. Onlardan biri də ərzaqların saxlanılmasıdır. Odur ki, sizə kiçik, lakin dəyərli məsləhətlər veririk.

Limon və portağal tez xarab olmasın deyə, onları sirkə ilə mütəmadi olaraq silmək, sellofan və ya ağzı bağlı qabda sərin yerdə saxlamaq lazımdır.

Yağ və yağ məhsullarını polietilen qablarda saxlamaq düzgün deyil. Belə olan halda yağ tez xarab olur və ondan pis qoxu gəlir.

Kofeni metal və ya şüşə bankalarda sərin yerdə saxlamaq lazımdır.

Çayın daha ətirli olması üçün onun qutusunun içinə limon və ya portağal qabığı qoymaq lazımdır.

Təzə pomidorun ömrünü uzatmaq üçün onu saplağı yuxarı vəziyyətdə cərgə ilə düzmək gərəklidir.

Yerkökünün təravətli qalmasını istəyirsinizsə, onun üzərinə soğanlı su çiləməyiniz kifayətdir.

Tərəvəzi və ya göyərtini təzə saxlamaq üçün onları nəm dəsmala bükməlisiniz.

Əgər baş soğanın yarısını istifadə edib, digərini saxlamaq fikriniz varsa, o zaman kəsik hissəyə yağ sürtün.

Düyü, lobya, noxud kimi ərzaqlar təmizləndikdən sonra mütləq parça torbalara qoyulmalıdır.

Unutmayın ki, təbiət sirli olsa da, qadınların özünəməxsus sirləri daha çoxdur...

Əfqanə Səhər

O.M.