Bir kişiyə ətir almanın hekayəsi

Bir kişiyə ətir almanın hekayəsi

20 İyun 2011 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

İstər atanız, istər qardaşınız, istərsə də sevgiliniz üçün ətir alın. Ətiri almaq asandır, onu seçmək çətin deyilmi? Alacağınız ətirin iyi onun xoşuna gəlməli, dəyişik olmalı, təəccübləndirməli, getdiyi hər yerdə istifadə edə bilməli, tərzini əks etdirməlidir. Ən yaxşısı budur ki, siz ön hazırlıqlara başlayın, sonra alış-verişə çıxın!

*** Əvvəlcə nələrdən istifadə edirdisə, onları nəzərdən keçirin. Əgər lazımdırsa, özünüzlə aparın və ona uyğun ətir seçin.

*** Vücud tipi çox vacibdir - quru, normal və ya yağlı.

*** Gecə, yoxsa gündüz istifadə etməsi üçün alırsınız? Buna da qərar verin.

*** Kişi dostunuzdan kömək istəyə bilərsiniz.

*** Eyni yaşda olan kişilərin ən sevdiyi ortalama ətirlərə internetdə baxa bilərsiniz. Bu şəkildə dəbdən də agah ola bilərsiniz.

*** Artıq üzərində durduğunuz bir ətir varsa, o zaman onu yanınızdakı bir kişinin üzərində qoxlaya bilərsiniz.

*** Ətirlər arasındakı fərqlərə bələd olun.

*** Ağır, yoxsa yüngül qoxu?

*** Mövsüm şərtlərini gözardı etməyin.

*** Cibinizə uyğununu seçin.

*** İdman, yoxsa klassik üslubdakı ətir?


Kimdən soruşursunuzsa-soruşun, kişilərə alınacaq olan hədiyyələr siyahısında mütləq ətir vardır!

Günel Həbib