Ağzınızdan pis qoxu gəlməsin deyə

Ağzınızdan pis qoxu gəlməsin deyə

17 İyun 2011 12:40
Bəyəndim (0) Bəyənmədim (0)
Ətirli nəfəsə malik olmaq istəyirsinizsə


Bəziləri nə qədər dişlərini yaxalasalar da, ağızlarından gələn xoşagəlməz iydən narahatlıq keçirirlər. Bunun səbəbləri müxtəlif ola bilər: dişlərdə kariyesin olması nəticəsində qida qalıqlarının ağızda toplanması, həzm sistemi xəstəlikləri və s.

Məlumdur ki, bəzi bitkilər bu xoşagəlməz iyi aradan qaldırmaq qabiliyyətinə malikdir.

Məsələn, tərxunun xüsusi şirintəhər dadı olur. Və o, ət yeməkləri ilə birlikdə yeyildikdə yeməklərə xüsusi dad verir. Bu bitki mədə boşluğunu tənzimləyir, həmçinin sinir sistemini sakitləşdirir, yuxusuzluqdan və pis əhval-ruhiyyədən xilas edir. Bütün bunlarla yanaşı, imkan olduqca tərxun çeynəmək ağızdan gələn pis qoxunu da aradan götürür.

Məncə, ağızı ən çox iylədən pis sözlərdir...

Əfqanə Səhər

O.M.