Yanı üstə yatırsınız?

Yanı üstə yatırsınız?

17 İyun 2011 12:13
852
Bəyəndim (0) Bəyənmədim (0)
Qaraciyərinizi yoxlatdırın

Uzanan zaman biz xarakterimizə uyğun və xəstəliklərimizə "rahat" bir tərzdə yatmağa çalışırıq. Britaniyalı alimlər apardıqları araşdırmalar nəticəsində belə bir nəticəyə gəlmişlər ki, insanın yatan zaman aldığı vəziyyət onun şüuraltı fikirlərinin açarıdır. Yuxuda da biz özümüzü kontrol edə bilmirik. Ona görə də ixtiyarımızı tamamilə şüuraltı vəziyyət öz əlinə alır və o, bizimlə bədən dilində danışmağa başlayır. Ən geniş yayılmış poza "yeni doğulmuş" vəziyyətidir. Belə bir vəziyyət almağa sizi özünə inamın az olması, qorxu, küskünlük, təhlükə hissi vadar edə bilər. Bu da sinir sistemi ilə bağlı problemlər, nevroza və isteriyaya meyllilik yarada bilər. Sol böyrü üstə yeni doğulmuş vəziyyətində yatmaq qaraciyər xəstəliklərinin, sağ böyrü üstə yatmaq isə mədəaltı vəzi ilə bağlı xəstəliklərin yaranmasına siqnal ola bilər.

Arxası üstə yatmağı sevənlər ürək-damar sistemi xəstəliklərinə meylli olurlar. Nəhayət, ən nadir rast gəlinən yuxu vəziyyətlərindən biri qarnı üstə yatmaqdır. Bu mədə-bağırsaq sistemi ilə bağlı xəstəliklərin varlığından xəbər verir. Eyni zamanda sizi dəqiq, hər şeyi nəzarətdə saxlamağı xoşlayan bir insan olaraq xarakterizə edir.

Necə yatırsınız yatın, təki sonra oyana biləsiniz...

Əfqanə Səhər

O.M.