Eşqdən əzab çəkənlərə mütəxəssis məsləhəti

Eşqdən əzab çəkənlərə mütəxəssis məsləhəti

14 İyun 2011 19:38
17 407
Bəyəndim (0) Bəyənmədim (0)
Doğru yola doğru

Redaksiyaya gələn çoxsaylı məktub və mesajlarda oxucular yaşadıqları və üzləşdikləri xoşagəlməz hadisələrdən mənəvi psixoloji sarsıntılar keçirtdiklərini bildirir, dəyərli məsləhətlər istəyirlər. Beləcə, düşdükləri vəziyyətdən düzgün çıxış yolu axtarırlar. Biz bütün bunları nəzərə alaraq, hər bir oxucunun probleminə diqqət yetirib qoyulan mövzuya uyğun mütəxəssislərin fikirlərini sizlərə təqdim etməyi qərara aldıq. Sirdaşınız olan Oxumeni.az həyatın hər bir anında sizin yanınızda olduğu kimi bu işdə də öz dost əlini oxuculardan əsirgəmir. Odur ki, siz də düşdüyünüz çıxılmaz vəziyyət, qarşılaşdığınız problemlərlə bağlı bizə müraciət edərək tanınmış yazar İsa Rəvanın və digər mütəxəssislərin psixoloji məsləhətlərini ala bilərsiniz. Həftə boyu 055-785-84-83 nömrəli mobil telefona qarşılaşdığınız problemi qısa mesaj şəklində göndərə və ya zəng edə bilərsiniz.

Sev­gi hə­ya­tın mənası, in­san qəl­bi­nin bə­zə­yi­dir. İn­san qəl­bən du­yub, qəl­bən se­vir. Se­vi­nən­də də, sar­sı­lan­da da qəl­bən sar­sı­lır. Bu gün də qəlb sar­sın­tı­la­rın­dan ya­ra­nan su­al­la­rı im­kan da­i­rə­sin­də işıq­lan­dır­ma­ğa ça­lı­şa­ca­ğıq (qeyd: məlum səbəblərdən mobil telefonların ilk üç rəqəmini qeyd etmirəm).

070-...-95-39 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, İsa Rə­van. Mən si­zi hə­mi­şə din­lə­yi­rəm, siz­dən kö­mək is­tə­yi­rəm. Mən ai­lə­li olub ay­rıl­mı­şam, ar­tıq iki il­dir. Am­ma ki, ye­nə də yol­da­şı­mı is­tə­yi­rəm, öv­la­dı­mız yox­dur. O, tə­zə­lik­cə mə­nə ya­xın­laş­dı, söz ver­di ki, ba­rı­şa­rıq, ancaq tə­zə­dən yo­xa çıx­dı. Mə­nə də o ərə­fə­lər el­çi çıx­mış­dı, am­ma mən on­dan baş­qa heç kim­lə ai­lə qur­maq is­tə­mi­rəm. Xa­hiş edi­rəm, ca­vab­sız qoy­ma­yın. Sağ olun.

- İsa Rə­van:

- Ay­rıl­ma­ğı­nı­zın sə­bə­bi­ni yaz­ma­dı­ğı­nız üçün fik­rim eh­ti­ma­la əsas­la­na­caq. Əgər be­lə se­vir­di­niz­sə, ni­yə ay­rı­lır­dı­nız? Yol­da­şı­nız ba­rış­maq üçün si­zə ya­xın­la­şıb son­ra yo­xa çı­xır­sa, bu sev­gi de­yil. Si­zin sev­gi­niz ona qar­şı bağ­lı­lı­ğa çev­ril­di­yin­dən on­dan baş­qa­sı ilə ai­lə qur­maq is­tə­mir­si­niz. Zi­ya­nın ya­rı­sın­dan da qa­yıt­maq xe­yir­dir. Bəl­kə də xoş­bəxtli­yi­niz si­zə el­çi gə­lən­lə­dir. Sev­mək, öy­rəş­mək və bağ­lan­maq baş­qa hisslər­dir. Siz öy­rəş­mək və bağ­lı­lı­q hisslə­ri­nə qa­pıl­mı­sı­nız. Ona gö­rə də hə­yat yo­lun­da an­caq onu gö­rür­sü­nüz. Siz is­tə­di­yi­niz ki­mi o da si­zi sev­səy­di, bu ay­rı­lı­ğa çox­dan son qo­yar­dı. Qəl­bi­niz si­zi al­dat­ma­sın, bu istək qəl­bi­niz­də qa­lan və ona olan bağlılıqdandır. Gə­lə­cək xoş­bəxtli­yi­ni­zi bu ay­rı­lı­ğa gö­rə qur­ban ver­mə­yin. Dü­şü­nə­rək düz­gün se­çim edin.

051\...-13-43 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, mə­nim prob­le­mim bu­dur ki, anam mə­ni sev­di­yim oğ­la­na ver­mə­mək­də is­rar­lı­dır. Anam hər də­fə o oğ­la­nı pis­lə­yir, təh­qir edir, müx­tə­lif söz­lər de­yir. Am­ma alın­mır, "kö­nül se­vən göy­çək olar", - de­yib­lər. Düz­dür, anam­dır, ca­nım­dır, gö­züm­dür, mə­nə hə­yat bəxş edə­nim­dir, am­ma mə­ni ba­şa düş­mək is­tə­mir. Ana­mın de­di­yi­nə gö­rə, mə­ni ki­mə ve­rər­sə, ona da get­mə­li­yəm. Am­ma mən be­lə ol­ma­sı­nı is­tə­mi­rəm. İs­tə­mə­di­yim oğ­la­na ge­dib bəd­bəxt ol­maq is­tə­mi­rəm. Bəl­kə də üz­də çox xoş­bəxt ola­ca­ğam, am­ma da­xi­lən bəd­bəxtli­yim mə­nim­lə ola­caq. Mən isə sev­di­yim in­san­la həm da­xi­lən, həm də za­hi­rən xoş­bəxt ol­maq is­tə­yi­rəm. Düz­dür, va­li­deyn xe­yir-du­a­sı da müt­ləq­dir xoş­bəxtlik üçün. Am­ma mən bu xe­yir-du­a­nı ala bil­mi­rəm. Ana­mın bu is­ra­rı ilə bun­dan son­ra çə­tin alım o xe­yir-du­a­nı. Məs­lə­hə­ti­ni­zə hör­mət­lə ya­na­şı­ram. Sağ olun.

İsa Rə­van:

- Sev­gi alə­min­də ürə­yə məc­bur et­mək ol­mur. Çün­ki in­san ağ­lı ilə de­yil, qəl­bi ilə se­vir. Bə­zən sev­gi­nin də gö­zü kor olur. Ana­nız, bəl­kə də sev­di­yi­niz oğ­lan­da si­zin bil­mə­di­yi­niz nöq­sa­nı gö­rür, ona gö­rə bu qə­dər is­rar­lı­dır. Yox, əgər hər şey nor­mal­dır­sa, ana­nı­zın is­rar et­mə­yi düz­gün de­yil. Va­li­deyn xe­yir-du­a­sı önəm­li ol­du­ğu qə­dər on­la­rın yer­siz mü­da­xi­lə­si də pis son­luq­la nə­ti­cə­lə­nir. Va­li­dey­nin, "Qı­zı­mı ki­mə is­tə­yi­rəm, ve­rə­cə­yəm", - de­mə­si tə­bii ki, düz­gün fi­kir de­yil. Mü­a­sir döv­rün mü­a­sir tə­ləb­lə­ri var. Sev­mə­dən qu­ru­lan ai­lə­də sə­a­də­tə nə­sib ol­maq çə­tin­dir. Hər iki tə­rə­fin bir-bi­ri­ni ta­nı­ma­ğı, xa­siy­yət uy­ğun­lu­ğu va­cib­dir. Siz bü­tün fi­kir­lə­ri­ni­zi ana­nı­za de­yin və mü­ba­riz olun. Ey­ni za­man­da xa­la və di­gər qo­hum qa­dın­la­ra da de­yin. Qoy on­lar da ba­şa düş­sün­lər ki, si­zi məc­bur baş­qa­sı ilə xoş­bəxt et­mək ol­maz. Si­zin özü­nü­zün də sev­mə­yə və se­vil­mə­yə haq­qı­nız var. Va­li­deyn o za­man mü­da­xi­lə edər ki, öv­lad se­çi­mi­ni yan­lış et­sin. Heç bir qü­sur yox­dur­sa, va­li­dey­nin öv­la­dın qəlb is­tə­yi­nə mü­da­xi­lə­si bir­mə­na­lı şə­kil­də düz­gün de­yil. Siz ana­nı­zı öz sev­gi­ni­zə inan­dır­ma­lı­sı­nız. Yax­şı olar­dı ki, ana­nız hə­min oğ­lan haq­qın­da bir az ma­raq­lan­sın və son­ra fik­ri­ni də­yiş­mə­li ol­sun.

055\...-10-90 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Al­la­hın sa­la­mı ol­sun İsa bə­yə və ümu­mi "Oxu Mə­ni" əmək­daş­la­rı­na, əziz oxu­cu­la­rı­na. İsa bəy, mən 12 il­dir ev­li­yəm, 3 öv­la­dım var. Al­lah ol­ma­yan­la­ra da nə­sib et­sin. Am­ma bir iş var ki, fi­kir uy­ğun­lu­ğu tut­mur və yol­da­şım çox əsə­bi­dir. Ney­lə­mə­li­yəm?

İsa Rə­van:

- Siz hər bir hə­rə­kə­ti­niz­də onun əsə­bi­li­yi­ni nə­zə­rə al­ma­lı, nə­va­ziş­lə dav­ran­ma­lı­sı­nız. Ai­lə­də olan o so­yuq sü­ku­tu po­za­raq nik­bin bir əh­val, ruh yük­sək­li­yi ya­rat­ma­ğa ça­lı­şın. Yol­da­şı­nı­zı əsəb hə­ki­mi­nə gös­tə­rə­rək sa­kit­ləş­di­ri­ci həb­lər alın. Onun qo­hum və ta­nış­lar­la ün­siy­yə­ti­ni ço­xal­dın, gə­zin­ti­lər­də olun. Evdə əsasən şən mu­si­qi­lə­rə üs­tün­lük ver­sin. Bir müd­dət­dən son­ra irə­li­lə­yiş nə­zə­rə çar­pa­caq. Çün­ki or­ta­da öv­la­dı­nız var, öv­lad hər iki­ni­zi ai­lə­yə da­ha ya­xın edir. Fi­kir­lə­ri­ni­zi yum­şaq for­ma­da bil­di­rin ki, onun düz­gün­lü­yü­nü də gös­tə­rə­rək inan­dı­ra­sı­nız. Be­lə­cə, fi­kir ay­rı­lı­ğı da ara­dan qal­xar. Unutmayın ki, yoldaşınızın həyatda özünə görə problemi var. Onu səbirlə, anlayışla qarşılasanız, zaman hər bir problemin öhdəsindən gələcək.

055\...-45-92 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, İsa mü­əl­lim. Ne­cə­si­niz? Siz­dən bir kö­mək is­tə­yi­rəm. Mə­nim bir sev­di­yim var, ta­nış­lı­ğı­mız o qə­dər də çox vaxt de­yil. Hər ta­nış­lı­ğın­da mə­nimlə da­ha ya­xın ol­maq is­tə­yir. Mə­nim qar­şı­ma şərt qo­yur ki, sa­bah­kı gö­rüş­də sən so­yun­ma­lı­san, mən sə­ni qu­caq­la­maq is­tə­yi­rəm. Mən ney­lə­yim axı? Onu da çox is­tə­yi­rəm, tən­ha­lıq da yo­rur mə­ni. Kö­mək edin.

İsa Rə­van:

- Hər eş­qə düş­mək sev­mək de­mək de­yil. Sev­gi özü də bir ne­çə his­sə bö­lü­nür: qəl­bən olan ül­vi sev­gi, ötə­ri hissiyyat sev­gi­si, eh­ti­ras­lı sev­gi. Ötə­ri hiss ilə eh­ti­ras sev­gi­si əsl sev­gi de­yil. On­lar öz his­siy­yat­la­rı­nın "ödə­ni­şi­ni " tə­ləb edir­lər. Sev­gi­də şərt ol­mur. Da­ha ya­xın ol­maq isə so­yun­maq­la de­yil, qəlblə olur. Siz az bir vaxtdır ta­nış ol­mu­su­nuz və siz­dən so­yu­nul­maq tə­ləb olu­nur. Bu­ra­da han­sı ül­vi hissdən söh­bət ge­də bi­lər? Bu cür tə­ləb­lər əsl sev­gi­yə ya­ban­çı­dır. Ay­dın­dır ki, sev­di­yi­niz oğ­lan ül­vi hisslər­dən çox uzaq­dır. Siz də hal-ha­zır­da qəl­bi­ni­zin boş­lu­ğu­na gö­rə ona ina­nır və tən­ha qal­maq­dan qor­xur­su­nuz. Hisslə­ri­niz si­zi al­dat­ma­sın, son­ra­dan al­da­nıb atı­la­raq peş­man ol­maq­dan­sa bə­ri baş­dan ay­rı­lın ki, son­ra da o acı­la­rı ya­şa­ma­ya­sı­nız. İn­di­ki se­çi­mi­niz düz­gün de­yil, xoş­bəxtli­yi­niz üçün se­çi­mi­niz­də ya­nıl­ma­yın.

055\...-43-13 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, İsa bəy. Mən bir oğ­la­nı se­vi­rəm, oğ­lan da mə­ni ar­tıq 4 il­dir se­vir. Oğ­la­n im­kan­lı ol­ma­sı­na bax­ma­ya­raq, ai­ləm mə­ni ona ver­mir. O, mə­ni qa­çırtmaq is­tə­yir. Nə edim? Məs­lə­hət ve­rin.

İsa Rə­van:

- Sev­gi sər­həd bil­mə­di­yi ki­mi var-döv­lət­lə də öl­çül­mür. Əsl sev­gi yo­lun­da şah da, di­lən­çi də ey­ni­dir. Əsl və qar­şı­lıq­lı sev­gi­yə va­li­deyn mü­da­xi­lə­si düz­gün de­yil. An­caq hə­yat təc­rü­bə­si­nə gö­rə va­li­deyn fik­ri də önəm­li­dir. Çün­ki hər bir va­li­deyn öz öv­la­dı­nın xoş­bəxtli­yi­ni is­tə­yir. Bəl­kə ai­lə­ni­zin əks tə­rəf haq­da bil­mə­di­yi nə­sə bir şey var. Hər şey nor­mal­dır­sa, siz ana­nız­la tək­lik­də söh­bət edin və bü­tün fi­kir­lə­ri­ni­zi ona çat­dı­rın. Va­li­deyn sö­zü və fik­ri hər şey­dən önəm­li­dir, tək­cə yer­siz mü­da­xi­lə­ni çıx­maq şər­ti­lə. Qaç­maq isə heç bir hal­da düz­gün ol­ma­dı­ğı üçün məs­lə­hət gö­rül­mür. Dö­zün və mü­ba­riz olun ki, öz is­tə­yi­ni­zə ça­ta­sı­nız.

051\...-61-37 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, bir oğ­lan mə­nə zəng elə­yib de­yir ki, mə­nim sən­dən xo­şum gə­lir, əgər ra­zı­san­sa, el­çi gön­də­rim. Mən onu ta­nı­mı­ram, de­yir ki, gəl gö­rü­şək. Bil­mi­rəm nə edim?

İsa Rə­van:

- Sev­gi qar­şı­lıq­lı ol­ma­lı­dır. Əgər onun fik­ri cid­di­dir­sə, tə­bii ki, si­zin də on­dan xo­şu­nu­zun gə­lib-gəl­mə­mə­yi məsələsi var. Kor-ko­ra­nə ra­zı­lıq ver­mək ol­maz. Bu­nun üçün gö­rüş­mək, fik­ri­nin də­qiq­li­yi­ni, xa­siy­yə­ti­ni bil­mə­yi­niz va­cib­dir. An­caq "Sə­ni se­vi­rəm, sə­ni ala­ca­ğam" epi­tet­lə­ri ilə bə­zə­dil­miş söz­lər­dən is­ti­fa­də edən­lər də çox­dur. Di­gər tə­rəf­dən, ilk ba­xış­dan da ai­lə qur­maq ol­maz. Bu­ra­da el­çi sö­zü də bir qə­dər mü­əm­ma­lı­dır. Çün­ki o oğ­lan si­zi ya­xın­dan ta­nı­ma­ya-ta­nı­ma­ya ne­cə el­çi gön­də­rə bi­lər? Axı za­hi­ri gö­rü­nüş al­da­dı­cı ola bi­lər. Siz onun­la söh­bət edər­kən bü­tün bu fi­kir­lə­rə ay­dın­lıq gə­ti­rə bi­lər­si­niz. Ça­lı­şın dü­şün­cə­lə­ri­niz­də ya­nıl­ma­ya­sı­nız.

055\..11-68 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, mə­nim də si­zin məs­lə­hə­ti­ni­zə eh­ti­ya­cım var. Mən özü­mə çox qa­pa­lı­yam, heç ki­mə heç nə de­yə bil­mi­rəm. Ni­yə be­lə­yəm, bil­mi­rəm. Bir oğ­lan­la da­nı­şı­ram, onu dəh­şət­li də­rə­cə­də çox is­tə­yi­rəm. Am­ma bu ke­çi­ci hiss olur, son­ra on­dan be­zi­rəm. Çün­ki qa­ran­lıq dün­ya­nın için­də­yəm və ay­dın­lı­ğa çı­xa bil­mi­rəm. Hər şey­dən ümi­dim üzü­lüb, hə­ya­tım ya­lan­lar­la do­lu­dur. Mə­nə kö­mək edin və çox xa­hiş edi­rəm.

İsa Rə­van:

- Prob­lem si­zin si­nir sis­te­mi­niz­də­dir. Əla­və ola­raq ət­raf­da­kı­lar­la ün­siy­yət qu­ra bil­mə­mə­yi­niz­də­dir. Bu sə­bəb­dən də özü­nü­zə qa­pı­lır­sı­nız. Siz hər şe­yi ürə­yi­ni­zə sa­lır və onu bö­yük dərd edir­si­niz. Bu da si­zin hə­yat zöv­qü­nü­zü sti­mul­laş­dır­ma­ğa qoy­mur. Di­gər tə­rəf­dən də, gö­rü­nür, siz­də qü­rur yox­dur. Bü­tün bun­la­ra rəğ­mən siz rə­fi­qə­lə­ri­niz­lə, qo­hum­la­rı­nız­la ün­siy­yət qur­ma­lı, nik­bin ruh­da ol­ma­ğa ça­lış­ma­lı­sı­nız. Sev­di­yi­niz oğ­lan­la bir müd­dət əla­qə sax­la­ma­yın, ya on­suz həd­dən ar­tıq da­rı­xa­caq­sı­nız, ya da bu ötə­ri hiss ol­du­ğu­na gö­rə ke­çib ge­də­cək. İs­tə­ni­lən hal­da qü­ru­ru­nu­za və əsəb­lə­ri­ni­zə sa­hib olun.

Möv­zu ilə bağ­lı Qa­dın Kri­zis Mər­kə­zi­nin psi­xo­lo­qu Azad İsa­za­də­nin fi­kir­lə­ri:

- Tə­əs­süf ki, va­li­deynlər ta­nı­ma­dıqları, qo­hum və ya ya­xın ol­ma­yan in­san­la­ra qız­la­rı­nı ver­mək is­tə­mir­lər. Bu­nu bö­yük prob­lem et­mə­yi məs­lə­hət gör­mü­rəm. Ümu­miy­yət­lə, in­san­lar fərqli­dir, hadisələrə fərqli re­ak­si­ya ve­rə bi­lir­lər. Sə­bəb­dən ası­lı ola­raq re­ak­si­ya da fərqli olur. Elə in­san var ki, o sə­bə­bi o sa­at ya­xın ada­mın üzü­nə de­yir, ra­hat­la­nır. Elə in­san da var, he­sab edir ki, əks tə­rəf özü ba­şa düş­mə­li­dir. Doğ­ru­dan da bi­zim adət-ənə­nə­yə gö­rə bö­yük­lə­rin sö­zü­nü ye­rə sal­maq, ağ­saq­qal, ağ­bir­çə­yin sö­zü­nə qu­laq as­ma­maq bir tə­rəf­dən ayıb sa­yı­lır, o bi­ri tə­rəf­dən də yad­dan çı­xartma­yaq ki, ar­tıq XXI əsrdir, 20-21 ya­şın­da bir in­san, və­tən­daş öz ta­le­yi­ni özü həll edə bi­lər. Am­ma bu yaş­da ta­le­yi­ni həll et­mək üçün hə­min gəncdə təc­rü­bə ol­ma­lı­dır. Və bu təc­rü­bə­ni o, yax­şı olar­dı ki, vax­ti­lə 14, 15, 16 ya­şın­da müs­tə­qil qə­rar qə­bul et­mək­lə han­sı­sa yün­gül, xır­da məq­səd­lər­lə qa­za­nar­dı ki, in­di də mü­əy­yən prob­lem­lə­ri həll et­mək üçün ye­tə­rin­cə təc­rü­bə­yə ma­lik olar­dı. Doğ­ru­dan da se­vir­sən­sə, güc yı­ğıb ən ya­xın adam­la­ra sü­but et­mə­li­sən ki, hə­qi­qə­tən se­vir­sən. Sev­gi­ni itir­mək, sev­gi­dən uzaq­laş­maq hər kəs üçün bö­yük bir fa­ci­ə­dir. Fərq bir­cə on­da olur ki, bu fa­ci­ə­dən bə­zi­lə­ri pa­ni­ka­ya, çı­xıl­maz və­ziy­yə­tə dü­şür, ço­xu­muz isə bər­ki­yi­rik. Be­lə bir ifa­də var: "sev­gi kor­dur". Biz se­vən­də heç nə­yi gör­mü­rük. Am­ma bir şe­yi ba­şa düş­mə­li­yik: se­vən in­san özü də sev­gi­si­nə gö­rə mü­ba­ri­zə apar­ma­lı­dır.

Müəllifdən: Sevgi insan üçün yaranıb və insana xidmət edir. Əgər o, sizə əziyyət verirsə, deməli, sevgi deyil, təktərəfli istəkdir. Bu hiss insanı kül edənədək yandırıb tökür. Halbuki sevgi odu yandırmır, ürəkləri qızdırır və ətrafa nur saçır...

Oxu­cu­la­rın nə­zə­ri­nə: Me­saj gön­də­rən şəxs son­ra­dan te­le­fon zən­gi­nə ca­vab ver­məz­sə, hə­min me­saj dərc olun­ma­ya­caq. Bu sə­bəb­dən də bir ne­çə me­saj dərc olun­ma­dı.

İsa Rəvan

O.M.