Dikdaban ayaqqabılar qadının ehtirasını artırır

Dikdaban ayaqqabılar qadının ehtirasını artırır

13 İyun 2011 14:20
Bəyəndim (1) Bəyənmədim (0)


Dikdaban ayaqqabılar geyinən qadınların daha çəkici, cazibədar göründüyü danılmaz bir faktdır. Qısa boylu qadınların yardımına qaçan bu cür ayaqqabıların yeni bir tərəfi kəşf edildi.

İtalyan tədqiqatçıların söylədiklərinə görə, dikdaban ayaqqabılar qadınların ehtirasını artırır. Mariya Kerrutun iddia edir ki, dikdaban ayaqqabı tərcih edən qadınların seksual həyatları daha rəngli olur. Bu tip ayaqqabıdan istifadə edildiyi zaman qan axışının qadının iç orqanlarına daha çox təsir etdiyi görüldü. Normal şərtlərdə qadınlar iç orqanlarını gücləndirmək üçün idman etmirlər. Dikdaban ayaqqabılar sayəsində qadının ehtirası artır və sağlamlığı güclənir.

Dikdaban ayaqqabı "Bəxt üzüyü" filmindəki Sedanın Moşuya dediyi "Burnu uzun olan kişinin.." replikasını xatırlatdı...

Günel Həbib

O.M.