Üzeyir Cəfərov: "Komandanlıq taktiki səhvə yol verdi"

Üzeyir Cəfərov: "Komandanlıq taktiki səhvə yol verdi"

1 Avqust 2014 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Hərbi ekspert cəbhədə baş verən itkilərdən danışıb

"Atəşkəs sazişi imzalan gündən bu günə ilk dəfə belə bir ağır itki ilə üzləşərik. Bu, düşmənin növbəti təxribat xarakterli hücumudur".
Bu sözləri ANS -ə açıqlamasında tanınmış hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, bu faciənin baş verməsində ermənilərin diversiyası ilə yanaşı komandanlığın buraxdığı səhvləri də qeyd etmək lazımdır. Şəhidlərə Allahdan rəhmət diləyən ekspert bir daha belə hallarla üzləşməmək üçün işlər aparılmalı olduğunu deyib.
"Biz dəfələrlə bu cür hallarla üzləşmişik. Komandanlar gözəl bilməli idi ki, istənilən halda ermənilər bizə fiziki və mənəvi zərbə vurmağa hazırlaşır. Bu faciənin baş verməsində ermənilərin diversiyası ilə yanaşı bizim səhvi də qeyd etmək lazımdır. Bildiyim qədər 24 saat ərzində düşmənin bütün hərəkət trayektoriyasını izləniir. Bizim kəşfiyyat bilməli idi ki, düşmən bizə yaxınlaşır. Vaxtında müvafiq, qabaqlayıcı addımlar atılmalı idi".
Şübhəsiz ki, bir daha belə itkilərin olmaması üçün daha ciddi işlər aparılmalıdır.
Hərbi ekspertin sözlərinə görə, bu məsələdə komandanlıq çox böyük taktiki səhvə yol verib. Üzeyir Cəfərov Müdafiə Nazirliyinin verdiyi məlumatların onu şəxsən bir peşəkar kimi qane etmədiyini söyləyib:
"Necə olur ki, hücum edən tərəfin itkiləri azdır. Müharibə qaydalarına görə, hücum edən tərəf daha çox itkilərə məruz qalır. Bu məsələlər nəzərə alınaraq çox ciddi nəticələr çıxarılmalıdır. Gələcəkdə belə faciələrin baş verməməsi üçün konkret addımlar atılmalıdır. Düşmən bizim torpaqlarda işğalçı siyasətini yenə də davam etdirir. Biz çalışmalıyıq ki, qarşı tərəf daha çox itki versin, nəinki biz".

Mediainfo.az