Yay tətiliniz kabusa çevrilməsin deyə...

Yay tətiliniz kabusa çevrilməsin deyə...

9 İyun 2011 20:00
Bəyəndim (0) Bəyənmədim (0)
Məsləhətlərə əməl edin

Yay aylarının gəlməsi özü ilə ağcaqanadlar, böcəklər, Günəş vurmalarını gətirir. Və buna bağlı olaraq ürək, təzyiq, şəkər xəstələrində müxtəlif problemləri də ortaya çıxarır. Yayda 7-dən 70-ə hər kəsi maraqlandıran bu xəstəliklərə qarşı nə cür tədbirlər görülməlidir, müalicəsi necə olmalıdır? Yay aylarını və tətillərini kabusa çevirmə ehtimalını aradan qaldıracaq təkliflər bizdən sizə!


*** Xəstələr, diqqət! Qlobal istiləşmənin də təsiri ilə bu il havaların birdən istiləşməsi insan immunitetinə pis təsir edir. İstiyə ən çox təsirinə məruz qalan insanlar da şübhəsiz qocalar, ürək və şəkər xəstələridir. Yaxşı olardı ki, bu dövrdə xəstələr xolestrolsuz yeməklərdən və siqaretdən qaçsınlar. Maye qəbul edərkən də çay, qəhvə, spirtli içki kimi sidik gətirici içkilərdən az istifadə etmələri gərəkir.


*** Günəş yanıqlarını qulaqardı etməyin: Günəş altında saatlarla qalıb, qəhvəyi bir bədənə qovuşmaq gözəldir. Amma mütəxəssislər dərini qorumaq üçün yüksək faktorlu günəş qoruyucularına qarşı laqeyd olmamağı tövsiyə edir; "Bundan başqa, ağac kölgəsi, divar kölgəsi kimi yerlərdə də vaxt keçirməli, günəşin təhlükəli olduğu saatlarda davamlı günəş altında qalmamalıdırlar. Əks halda, günəş ləkələri və gələcəkdə dəri xərçəngi ilə qarşılaşmaq olar". Həddindən artıq tərləmə, temperatur, şüurda bulanıqlıq, halsızlıq, həddindən artıq susuzluq hissi, ağrı, ürək bulanma, qusma, şiddətli baş ağrısı, nəbzin sürətli atması Günəş vurmasının əlamətləridir. Əgər bunlardan bir neçəsi eyni adamda görülürsə, deməli, günəşin yumruğuna tuş gəlib.

*** Nə etməli? Bu halda xəstə sərin və kölgəli bir yerə aparılmalıdır. Əgər şüuru açıqdırsa, o zaman son dərəcə rahat bir şəkildə yarı oturar mövqeyə gətirilməlidir. Su səpmə, yaş dəsmal və ya yelpiklə sərinlədilməli, su, duzlu ayran içməlidir. Günəş vurması qədər yanıqları da tətildə sıx qarşılaşılan qəzalardan biridir. Birinci dərəcə deyilən yüngül yanıqlarda qatıq, sous, diş pastası, zeytun yağından istifadə etmək olar. Yanıqlar ən azı 10 dəqiqə soyuq suya tutulmalı və yanıq kremi, sonra da yağlı krem ​​sürtülə bilər. Bundan başqa, bol maye lazımdır.

*** Günəş vurmasında bunlara diqqət: Xəstənin şüuru bağlıdırsa, qətiyyən içki verilməməli, spirt iylədilməməli, qazlı içki, qatı yemək verilməməlidir. Bundan başqa, günəş vurmasını hazırlayan yuxusuzluq, spirt, bədənin susuz qalması, yorğunluq kimi faktorlardan da qaçınılmalıdır.

*** Böcək dişləmələri zamanı ilk yardım: Ən çox arı, eşşək arısı, ya da çöl arısından qorxun. Bu zaman ən təsirli ilk kömək ətrafın su və sabun ilə yuyulmasıdır. Əgər şok keçirən insanlar olsa, onların nəfəs alma problemi yaşadığı üçün tənəffüs yolunun açıq tutulması, qıçların yüksəyə qaldırılması, əgər böcəyin hər hansı bir hissəsi vücuddadırsa, onun çıxarılması lazımdır. Ayrıca müalicədən sonra xəstə 48 saat müşahidə altında tutulmalı.

*** Tətildə necə bəslənmək olar? Yayda isti havaya görə bəslənməyə də diqqət etmək bir çox təhlükədən insanı qoruyur. Bağırsaq infeksiyaları və qida zəhərlənməsi yayda özünü göstərə bilir. İshal və maye itkisi xüsusilə yaşlı xəstələrdə ölümcül səbəblərə yol aça bilər. İshal və qusma eyni anda görüldüyündə qida zəhərlənməsi ehtimalı üstündə də durun. Ağır və yağlı yeməklərdən qaçın. Yağda bişmiş tərəvəzlərlə qidalanmaq olar. Lakin ət, toyuq, balığın miqdarını isti havalarda azaltmalısınız. Çünki yay aylarında çox maye itiririk və bu tərz yeməklər maye itkisini artırır. Bol tərəvəz və su için!

Başını isti saxla, ayağını sərin, yeməyinə fikir ver, düşünmə dərin.

Günel Həbib

O.M.