Siz probleminizi deyin, mütəxəssis cavab versin

Siz probleminizi deyin, mütəxəssis cavab versin

8 İyun 2011 17:44
Bəyəndim (0) Bəyənmədim (0)
Doğru yola doğru...

Redaksiyaya gələn çoxsaylı məktub və mesajlarda oxucular yaşadıqları və üzləşdikləri xoşagəlməz hadisələrdən mənəvi psixoloji sarsıntılar keçirtdiklərini bildirir, dəyərli məsləhətlər istəyirlər. Beləcə, düşdükləri vəziyyətdən düzgün çıxış yolu axtarırlar. Biz bütün bunları nəzərə alaraq, hər bir oxucunun probleminə diqqət yetirib qoyulan mövzuya uyğun mütəxəssislərin fikirlərini sizlərə təqdim etməyi qərara aldıq. Sirdaşınız olan Oxumeni.az həyatın hər bir anında sizin yanınızda olduğu kimi bu işdə də öz dost əlini oxuculardan əsirgəmir. Odur ki, siz də düşdüyünüz çıxılmaz vəziyyət, qarşılaşdığınız problemlərlə bağlı bizə müraciət edərək tanınmış yazar İsa Rəvanın psixoloji məsləhətlərini ala bilərsiniz. Həftə boyu 055-785-84-83 nömrəli mobil telefona qarşılaşdığınız problemi qısa mesaj şəklində göndərə və ya zəng edə bilərsiniz.

İn­san ağ­lı ilə dü­şü­nür, qəl­bi ilə se­vir. Tə­bii ki, qəlb də öz sev­gi­si üçün hər za­man na­ra­hat olur. Bu gün də na­ra­hat ürək­lə­rin su­al­la­rı­nı im­kan da­xilin­də ca­vab­lan­dır­ma­ğa ça­lı­şa­ca­ğam (qeyd: məlum səbəblərdən mobil telefonların ilk üç rəqəmini qeyd etmirəm).

055...99-92 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, İsa Rə­van. Mən 3 il bi­ri­ni sev­mi­şəm, o da mə­ni. Am­ma son­ra elə ol­du ki, baş­qa oğ­lan­la ev­lən­mə­li ol­dum, 5 ay­dır ev­li­yəm. İn­di əv­vəl­ki sev­di­yim oğ­lan mə­ni ye­nə ax­ta­rır. Mə­nim də ya­dı­ma o dü­şən­də ağ­la­yı­ram. Siz­cə bu sev­gi­dir? Mən nə edim?

İsa Rə­van:

- Tə­bii ki, bu ya­şa­nan o sev­gi­nin yad­daş­da qa­lan xa­ti­rə­si­dir. O, hə­lə tam ha­lın­da si­lin­mə­sə də, mü­əy­yən vax­ta qə­dər ya­şa­nır. Siz ar­tıq ai­lə­li­si­niz və bü­tün var­lı­ğı­nız­la, təkrar edirəm, bütün varlığınızla ai­lə­ni­zə bağ­lan­ma­lı­sı­nız. Be­lə ol­duq­da təd­ri­cən onu unu­da­caq­sı­nız. Düz­dür, sev­gi­ni unut­maq çə­tin­dir, an­caq siz öz se­çi­mi­ni­zi et­mi­si­niz. Si­zin xoş­bəxtli­yi­niz na­mi­nə o oğ­lan da si­zi ax­tar­ma­ma­lı­dır. Onun ax­tar­ma­ğı sev­gi­dən çox ehtirasdan irəli gəlir.

055...25-73 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, mən ya­rım ay­dır ki, mə­ni se­vən bir oğ­lan­la da­nı­şı­ram, özü də cid­di ola­raq. Am­ma əv­vəl­lər is­tə­di­yim bi­ri­ni hə­lə də ürə­yim­dən çı­xa­ra bil­mi­rəm. Bi­li­rəm ki, onun­la mə­nim­ki çox­dan bi­tib, alı­nan mə­sə­lə de­yil. Ye­nə də ürə­yim­dən çıx­mır. An­caq da­nış­dı­ğım oğ­lan mə­ni çox se­vir və cid­di­dir. Mən nə edim?

İsa Rə­van:

- İlk sev­gi­niz alın­ma­sa da, o sev­gi hə­lə də tam ola­raq qəl­bi­niz­də­dir. İn­di­ki sev­gi­niz tə­zə­dir, bu sev­gi­nin qay­ğı­la­rı ilə əha­tə olun­duq­ca siz də si­zi se­və­nə bağ­la­na­caq­sı­nız. Ona bağ­lan­dıq­ca əv­vəl­ki sev­gi­li­ni­zi də unu­da­caq­sı­nız. Əgər bu se­çi­mi­niz düz­gün­dür­sə, na­ra­hat ol­ma­ğa dəy­məz. Bu, onun sizə qarşı münasibətindən, yəni onun sizinlə söhbətinin mövzusundan asılıdır. Açıq-saçıq mövzulara toxunmağa çalışmırsa, deməli, münasibətiniz düzgün yoldadır.

055...-04-35 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Hər kə­si sa­lam­la­yı­ram. Mən bir oğ­la­nı də­li ki­mi se­vi­rəm, bir yer­də iş­lə­mi­şik. İn­di o, iş­dən çı­xıb, mə­nim­lə də əla­qə­ni kə­sib. Mən çox əzab çə­ki­rəm. Nə edim ki, o, mə­nim­lə ye­ni­dən əla­qə sax­la­sın? Məs­lə­hə­ti­ni­zə çox eh­ti­ya­cım var.

İsa Rə­van:

- Sev­gi qar­şı­lıq­lı ol­ma­lı­dır. Bir­tə­rəf­li sev­gi istəkdir. Siz sev­di­yi­niz ki­mi se­vil­mə­li­si­niz də. Əgər qar­şı tə­rəf si­zi sev­mir­sə, siz bi­lə-bi­lə özü­nü­zə əzab ve­rir­si­niz. Siz ki­mi­sə məc­bur edə bil­məz­si­niz ki, si­zi sev­sin. Sev­gi özü ürə­yə gəl­mə­li­dir. Çün­ki sev­gi­də nə­va­ziş və qay­ğı var, məc­bu­riy­yət yox. O, si­zin­lə əla­qə­ni kə­sib, bu əla­qə bir yer­də iş­lə­di­yi­niz üçün ya­ran­mış­dı. Bir­mə­na­lı ola­raq onun si­zə qar­şı sev­gi­si yox­dur. Siz sev­di­yi­niz üçün na­ra­hat­sı­nız, o isə sev­mə­di­yi üçün na­ra­hat de­yil və əla­qə də sax­la­mır. Ən nə­ha­yət, özü­nü­zü zo­rla sev­dir­mə­yə məc­bur et­mə­yin. Qəl­bi­ni­zin boş­lu­ğu­na gö­rə ona eh­ti­yac du­yur­su­nuz. İra­də­ni­zə ta­be ol­sa­nız, unu­da­raq əzab­lar­dan da qur­ta­rar­sı­nız. Yadınıza salın ki, onu tanımamışdan əvvəl də yaşaya bilirdiniz.

055...-93-34 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, mə­nim sev­di­yim oğ­lan mə­nim­lə da­la­şa­raq acıq elə­yib el­çi gön­də­rib al­dı onu. İn­di mən­dən əl çək­mir. De­yir, ya mə­nim ola­caq­san, ya heç ki­min. Mə­ni hə­də­lə­yir ki, heç ki­mi sev­mə. "Ai­lə­nə qa­yıt, əl çək!" - de­yi­rəm, get­mir. Onu se­vi­rəm, an­caq bil­dir­mi­rəm. Ne­cə elə­yim ki, əl çək­sin?

İsa Rə­van:

- Sev­gi­də küs­mək, in­ci­mək olur, an­caq acıq ol­mur. Acıq elə­yib baş­qa­sıy­la ev­lə­nir­sə, siz hə­lə də bu­na sev­gi­mi de­yir­si­niz? İs­tə­yən şəxs öz məq­sə­di uğ­run­da mü­ba­ri­zə apa­rır, sev­gi­li­si­nə qo­vuş­maq üçün hər cə­fa­ya dö­zür. An­caq ne­cə olur ki, o özü ai­lə qu­rur, si­zə isə baş­qa­sıy­la ai­lə qur­ma­ğa ica­zə ver­mir. Əgər si­zi hə­qi­qə­tən se­vir­di­sə, nə­yə gö­rə baş­qa­sı ilə ev­lə­nir­di və in­di han­sı üz­lə siz­dən sev­gi tə­ləb edir? Bu ol­duq­ca ab­surd gö­rü­nür. Sev­gi be­lə şey­lə­ri qə­bul et­mir. O həm si­zə, həm də ai­lə qur­du­ğu xa­nı­ma bö­yük hör­mət­siz­lik edir. Bu­nun­la be­lə, ye­nə də siz onu sev­di­yi­ni­zi söy­lə­yir və nə edə­cə­yi­ni­zi bil­mir­si­niz. Siz həm o xa­nı­mın xoş­bəxtli­yi­ni, həm də öz gə­lə­cək sə­a­də­ti­ni­zi kor et­mə­yin. Si­zin ix­ti­ya­rı­nız on­dan ası­lı de­yil. Ar­tıq o, özü­nə ömür yo­lu se­çib, siz də öz xoş­bəxtli­yi­ni­zi dü­şü­nün. Bu­na gö­rə də onun­la heç bir əla­qə sax­la­ma­mağa, zənglə­ri­nə ca­vab ver­mə­mə­yə ça­lı­şın.

070...-33-93 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, "Oxu mə­ni". İlk də­fə­dir si­zə ya­zı­ram. Mə­nim qız dos­tum var, ai­lə­li­dir, üç öv­la­dı var. Mən də ai­lə­li­yəm. Bir il­dir onu ax­ta­rı­ram. Biz ev­li ol­saq da, bir-bi­ri­mi­zi se­vi­rik. Mən nə edim, onu ax­ta­rım, yox­sa yox? Xa­hiş edi­rəm, mə­nə məs­lə­hət ve­rə­si­niz.

İsa Rə­van:

- Siz ge­cik­miş sev­gi­ni­zin xa­ti­rə­si­ni ya­şa­yır­sı­nız. Hər bir kə­sin ya­şa­dı­ğı və baş tut­ma­yan sev­gi­si­nin xa­ti­rə­si onun yad­da­şın­a həkk olunur. Bu, tə­bii ki, his­sin nos­tal­ji duy­ğu­su ola­raq qəlbdə qa­lır. Si­zi duy­ğu­lan­dı­ran da o hissdir. Əl­bət­tə, onu ax­tar­ma­ğı­nız düz­gün de­yil. İn­di o, ai­lə qay­ğı­la­rı­nı, ana­lıq duy­ğu­la­rı­nı ya­şa­yır. Siz də həm­çi­nin öz ai­lə xoş­bəxtli­yi­ni­zin ke­şi­yin­də­si­niz. Həm­çi­nin onu be­lə cid­di ax­tar­ma­ğı­nız həm öz ai­lə­ni­zi, həm də onun ai­lə­si­ni sar­sı­da bi­lər. Bir­mə­na­lı ola­raq onun­la ma­raq­lan­ma­ğı­nı­zı, ax­tar­ma­ğı­nı­zı məs­lə­hət gör­mü­rəm. Ətrafdakıların reaksiyasını təsəvvür edin.

070...-15-00 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, İsa mü­əl­lim. Siz­dən məs­lə­hət is­tə­yi­rəm. Mən bir qı­za vu­rul­mu­şam, am­ma sev­gi­mi aş­kar et­mə­yə uta­nı­ram. Çün­ki el için­də ne­cə olar, onun 16, mə­nim 23 ya­şım var?

İsa Rə­van:

- Ara­nız­da­kı yaş fər­qi qə­ba­hət de­yil. Sa­də­cə ola­raq, o, hə­lə mək­təb­li­dir. Siz əgər hə­qi­qə­tən se­vir­si­niz­sə, il­lə­ri­ni­zi qur­ban ve­rib onun mək­tə­bi bi­tir­mə­yi­ni də göz­lə­mə­li­si­niz. An­caq bu il­lə­ri­ni­zi hə­dər et­mə­mək üçün onun baş­qa­sı­na ra­zı­lıq ver­mə­mə­yi­nə də əmin ol­ma­lı­sı­nız. Ona gö­rə də bir yol­la fik­ri­ni­zi qı­za çat­dır­ma­lı­sı­nız. Əsa­sən bu yaş döv­rü­nün on­lar­da həs­sas­lıq, çıl­ğın­lıq və ke­çid döv­rü ol­du­ğu­nu da unut­ma­yın. Onun qəl­bi­ni tam ha­lın­da sev­gi ilə oyat­ma­yın. Kə­nar qüv­və­lər­dən qo­ru­ya­raq qay­ğı­nız­la əha­tə edin.

055...-25-06 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, əzi­zi­miz İsa. Nə­ha­yət, mən də si­zə yaz­ma­ğa qə­rar ver­dim. Mən iki il­dir bir oğ­lan­la sev­gi­li idim. 1 ay əv­vəl onun çox ya­xın dos­tu mə­ni sev­di­yi­ni bil­dir­di. Bu ba­rə­də sev­gi­li­mə de­dim, o, mə­nə inan­ma­dı. Heç sev­gi­lim­lə aram da yax­şı de­yil­di, çün­ki ana­sı ra­zı­lıq ver­mir­di. Mən sa­də­cə, əsəb­lə onun dos­tu­na ra­zı­lıq ver­dim. 1 ay­dır gö­rü­şü­rük, çox meh­ri­ban, qay­ğı­keş in­san­dır. Çox də­yər ve­rir mə­nə, onu həd­siz çox is­tə­yi­rəm. Am­ma mə­nə çox çə­tin­dir, həm keç­miş sev­gi­lim mə­ni ra­hat bu­rax­mır, həm də ət­raf­da­kı­lar haq­qım­da nə dü­şü­nər: keç­miş sev­gi­li­si­nin dos­tu ilə bir­lik­də­dir? Xa­hiş edi­rəm, mə­nə məs­lə­hət ve­rə­si­niz.

İsa Rə­van:

- Bu­ra­da mə­sə­lə bir qə­dər mü­rək­kəb­lə­şir. Əv­vəl­ki sev­gi­li­ni­zin ana­sı si­zin bu hə­rə­kə­ti­ni­zi əlin­də bay­raq edə­rək oğ­lu­na öz fi­kir­lə­ri­nin düz ol­du­ğu­nu de­yə­cək. Di­gər tə­rəf­dən də iki dost ara­sın­da na­ra­zı­lıq əmə­lə gə­lir. Si­zin oğ­la­nı sev­mə­yib ay­rıl­ma­ğı­nız baş­qa, ana­sı­na gö­rə ay­rıl­ma­ğı­nız isə baş­qa bir şey­dir. 2 il az vaxt de­yil bir-bi­ri­ni­zi ta­nı­maq üçün. Əgər se­vir­di­niz­sə, ni­yə ay­rıl­dı­nız, sev­mir­di­niz­sə, ni­yə onu ümid­li edir­di­niz? Siz 2 di­lem­ma qar­şı­sın­da qal­mı­sı­nız. Bu­na gö­rə də tə­rəd­düd için­də­si­niz. Sa­də­cə, si­zin əv­vəl­ki sev­gi­li­ni­zə qar­şı tam ha­lın­da sev­gi­niz ol­ma­yıb. Be­lə ol­say­dı, onun dos­tu­na ra­zı­lıq ver­məz­di­niz. Ürə­yə hökm et­mək ol­mur, ürək ki­mi ya­xın bi­lir­sə, ona da ra­zı­lıq ve­rir. Qəl­bi­ni­zin sə­si­nə qu­laq asa­raq qə­ra­rı da özü­nüz ver­mə­li­si­niz. Siz ar­tıq öz se­çi­mi­ni­zi et­mi­si­niz. Bun­dan son­ra əv­vəl­ki sev­gi­li­ni­zin ana­sı çə­tin ki, si­zi qə­bul et­sin. İn­di fik­ri­ni­zi cəm­lə­yə­rək öz xoş­bəxtli­yi­ni­zi qo­ru­yun.

055...07-80 nöm­rə­li mo­bil te­le­fo­nun sa­hi­bi ya­zır:

- Sa­lam, İsa mü­əl­lim, siz­dən dö­nə-dö­nə xa­hiş edi­rəm, mə­nə kö­mək edin. Bir qı­zı se­vi­rəm, həm də də­li­cə­si­nə. Ara­mız də­yib, de­mək olar ki, ay­rıl­mı­şıq, am­ma onu unu­da bil­mi­rəm. Hal-ha­zır­da bu SMS-i ya­za-ya­za gö­züm­dən yaş gə­lir. Mə­nim im­ka­nım yax­şı de­yil de­yə, qız mən­dən ay­rıl­dı. Ap­rel ayın­da ta­nış­lı­ğı­mı­zın 2 ili ta­mam ola­caq. Mən bu il ər­zin­də onun üçün çox şey­lər­dən əl çək­dim. Hət­ta si­qa­re­ti tər­git­dim, am­ma o, mə­nə əzab ve­rir. Hər ax­şam ge­di­rəm iş ye­ri­nə, uzaq­dan da­ya­nıb iş­dən çıx­ma­sı­nı göz­lə­yi­rəm. Onu uzaq­dan da ol­sa gö­rüb sa­kit­lə­şi­rəm. 2 də­fə in­ti­ha­ra cəhd et­mi­şəm, ye­nə o həd­də­yəm, sa­də­cə, göz­lə­rim önü­nə anam gə­lir. Xa­hiş edi­rəm, mə­nə kö­mək edə­si­niz. Hət­ta vax­tı­nız var­sa, zəng edim, mə­nə məs­lə­hət ve­rin. İsa mü­əl­lim, xa­hiş edi­rəm, kö­mək edin.

İsa Rə­van:

- Sev­gi qəl­bin ha­ki­mi­dir, qəlb onun hök­mü ilə hə­rə­kət edir. An­caq in­ti­har və di­gər dü­şün­cə­lər ağıl sa­yə­sin­də­dir. İn­ti­har gü­nah və əzab­lar­dan qaç­maq de­mək­dir. Sev­gi və hə­yat sev­mək üçün­dür, əzab­la ya­şa­maq üçün de­yil. O qı­za ba­şa sa­lın ki, xoş­bəxtlik var-döv­lət­də de­yil, sə­mi­mi, qar­şı­lıq­lı, tə­miz qəlblə olan hə­qi­qi sev­gi­də­dir. Əgər o, bun­la­rın fər­qi­nə var­ma­sa, siz də uzaq­laş­ma­ğa ça­lı­şın. Çün­ki var-döv­lət düş­kü­nü olan qəl­bi sev­gi­yə məc­bur et­mək düz­gün de­yil. Si­zin onun ar­xa­sın­ca sü­rün­mə­yi­niz onun si­zə qar­şı olan ikrahını da­ha da ar­tı­rır. Siz sev­gi­ni­zi də­yər­lən­dir­di­yi­niz ki­mi o da dü­şü­nə­rək bu­na la­yiq ol­ma­lı­dır. Bir qə­dər so­yuq­qan­lı hə­rə­kət edin, nə vaxtsa o qız da öz səh­vi­ni ba­şa dü­şə­cək. Siz ana­nı­zı və gə­lə­cə­yi­ni­zi dü­şü­nün. Öz sev­gi­niz ki­mi hə­yat­da ya­şa­maq uğ­run­da da mü­ba­riz olun. Bu sı­xın­tı­la­rı­nı­zı za­ma­na bu­ra­xın, za­man özü vax­tın­da hər şe­yi həll edə­cək. Mə­nim­lə zənglə­şib gö­rüş­mək isə prob­lem de­yil. İm­kan və vaxt da­i­rə­sin­də hər za­man ha­zı­ram.

Oxu­cu­la­rın nə­zə­ri­nə: Me­saj gön­də­rən şəxs son­ra­dan te­le­fon zən­gi­nə ca­vab ver­məz­sə, hə­min me­saj dərc olun­ma­ya­caq. Bu sə­bəb­dən də bir ne­çə me­saj dərc olun­ma­dı.

İsa Rə­van

O.M.