Ölmək istəmirsinizsə...

Ölmək istəmirsinizsə...

3 İyun 2011 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Statistikaya görə, son zamanlar hər il milyonlarla insan xərçəng xəstəliyindən dünyasını dəyişir və bu proses davam edir. Çarəsi, dərmanı tapılmayan bu xəstəlik üstəlik, amansızca körpələri də caynağına keçirməyi bacarır. Və əksər xəstələr üçün təəssüf ki, yolun sonu görünür... Nədən yaranır xərçəng? Cavabı bəsitdir - təbii ki, şüalanmadan. Bəs bu gün bizi şüalandıran nələrdir? Bunun da cavabı bəsitdir - hər şey! Xüsusilə də həyatımızın bir parçasına çevrilmiş cib telefonları.

Onkoloqlar apardıqları araşdırmadan sonra bəlli bir nöqtədə dayandılar. Və onların insanlara məsləhəti bunlardan ibarətdir:

* Cib telefonunu özünüzdən kənarda saxlayın.

* Zəng etdiyiniz zaman yalnız xəttin o biri başındakı insan cavab verdikdə aparatı qulağınıza dayayın.

* Mütəmadi olaraq danışıq zamanı eyni qulağınızdan istifadə etməyin.

* Xüsusilə uşaqlara cib telefonu yasaqdır. Çünki onların immuniteti və qan-dövranı böyüklərdəki kimi güclü deyildir.

* Gecələr baş ucunuzdakı aparatı mütləq söndürün.

* Əgər imkan varsa, danışıq yerinə SMS-dən istifadə edin.

Bizdən demək, sizdənsə əməl etmək! ƏMƏL ETMƏK...

Günel Həbib

O.M.