Yay ayaqqabısı ayaq sağlığını təhdid edir

Yay ayaqqabısı ayaq sağlığını təhdid edir

31 May 2011 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Yay aylarının vaz keçilməz aksessuarlarından biri də şübhəsiz ki, sandaletlərdir. Bəs yaxşı, bir neçə ildir dəb olan qladiator sandaletlərin sağlamlığa ziyanı varmı?

Mütəxəssislər bu tip ayaqqabıların topuğun arxasındakı sümüyə zərər verdiyini açıqlayır. Əvvəlcə ağrılar başlayır, iki həftə sonra azalan bu ağrılar getdikcə topuğa xəsarət verməyə başlayır. Bu sandaletlər ayağın hərəkət miqyasını daraldır və ayaq dabanı ilə bağlı qısa müddətdə problemlər üzə çıxır. Bu sahədə professional həkim olan Loarine Cons bu cür ayaqqabılardan yayda tez-tez istifadə etməməyi və qadının özəl günlərində ümumiyyətlə, onlardan uzaq durmağın lazım gəldiyini məsləhət bilir.

Kiminin ayağı sözünə baxmır, kimisinin ayaqqabısı.

Günel Həbib

O.M.