İslamın nuru və hərarəti - IV hissə

İslamın nuru və hərarəti - IV hissə

21 May 2011 17:50
Bəyəndim (0) Bəyənmədim (0)

Cəmiyyətimizdə İslam dininə, eləcə də bütün dinlərə marağın artdığını nəzərə alaraq, 29 apreldən etibarən həftənin Şənbə günləri yeni bir rubrika ilə görüşünüzə gəlmişik. Məqsədimiz dinin, həmçinin fəlsəfənin incəlikləri ilə maraqlanan insanlara bu işdə yardımçı olmaqdır. Belə ki, yeni rubrikada əməkdaşımız Mərdan Qaraisayevin topladığı elmi məlumatlar əsasında dini terminlərin izahını əks etdirən ensiklopedik məlumatlarla tanış olacaqsınız. Ümidvarıq ki, sizə təqdim olunacaq məlumatlar marağınıza səbəb olacaq. Qoy gözlərimiz İslamın nuru ilə işıqlansın, qəlbimiz Allah məhəbbəti ilə hərarətlənsin. Amin!..

lV -ci hissə

III hissə ilə tanış olmaq istəyirsinizsə, buraya kilik edin

Cəvriyə Haris qızı - Hicri 5-ci ildə Bəni-müstələq döyüşündə əsir düşdü və əsgərlərdən birinə qənimət verildi. O, öz sahibi ilə şərt kəsdi ki, qiymətini ödəyəcəyi təqdirdə azad edilsin. Sonra Peyğəmbərə (s) bu qiymətin ödənməsi üçün müraciət etdi. Həzrət (s) həmin məbləği ödəyib, onunla evləndi. Bu evlənmə çoxlu əsirlərin azad olunmasına səbəb olud.

Cihad - döyüş, mübarizə deməkdir. İslamda cihadın iki növü vardır. İslam dişmənləri ilə, habelə Vətənin azadlığı uğrunda aparılan müharibə "cihadi-əsğər" (kiçik cihad), insanın öz nəfsi və tamahı ilə apardığı mibarizə isə "cihadi-əkbər"(böyük cihad) adlanır.

Corc Berkli - (1685-17)İngilis idealist filosofu. O, hәr bir şeyin mövcudluğunu onun qavranılan olmasında görürdü.

аlә - Cüаlә budur ki, insаn оnun üçün görülәn işin müqаbilindә müәyyәn bir şеy vеrәcәyini qәrаr qоysun. Mәsәlәn, "hәr kәs mәnim itiyimi tаpsа, 10 manat vеrәcәyәm" dеsin. Bu qәrаrı qоyаn şәхs cаil, işi görәn şәхs isә аmil аdlаnır. Cüаlә ilә, bir kәsin müәyyәn iş üçün әcir оlunmаsı аrаsındаkı fәrq budur ki, ikincidә siyğә охunаndаn sоnrа әcir оlunаn şәхs әmәli yеrinә yеtirmәlidir. Оnu әcir еdәn şәхs dә muzdunu оnа bоrclu оlur. Аmmа cüаlәdә hәttа аmil müәyyәn şәхs оlsа dа, әmәl еtmәyә bilәr. Vә nә qәdәr ki, әmәli yеrinә yеtirmәyib cаil оnа bоrclu dеyil.

Cühəmiyyə firqəsi - Cəhm ibni Səfvan Səmərqəndi ardıcıllarına Cühəmiyyə firqəsi deyilir. O, 128-ci hicri ilində vəfat etmişdir. Cühəmiyyənin müstəqil bir firqə şəkilinə düşüb sair firqələrdən ayrı qeyd olunmasının səbəbi onlar tərəfindən irəli sürülən beş nəzərdir:

1. Mütləq şəkildə cəbrə inanmaq; Cühəmiyyəçilər inanırdılar ki, insan heç bir şeyə qadir deyildir və istitaət vəsfi onun üçün işlədilə bilməz, əksinə o, bütün işlərdə məcburdur, onun fellərini icad edən də məhz Allahdır. Eləcə də, sair varlıqların fellərini, istər bitkilərin, istər heyvanların, istər cansızlara aid olan işləri Allah xəlq edir. Fellər məcazi mənada məxluqa aid edilir. Məsələn, ağacın meyvə verməsi, suyun axması, daşın diyirlənməsi və s.

2. Tətil; Cühəmiyyə bütün sifətləri Allahdan inkar edir və inanırdılar ki, Allahı məxluqatın vəsf edildiyi sifətlərlə vəsf etmək olmaz.

3. Allah elminin hadis olması; Cühəmiyyəçilər Allahın elmini hadis bilir, amma, deyirlər ki, bu, sair varlıqların vəsf edildiyi bir tərzdə deyil.

4. İman və küfr; Cühəmiyyəçilər inanırdılar ki, iman Allah barəsində mərifət kəsb etmək mənasınadır. Bunu dildə demək də lazım deyildir. Küfr də Allah barəsində cahil olmaq mənasınadır.

5. Behişt və cəhənnəm. Cühəmiyyəçilər behişt və cəhənnəmin əbədi olmasını inkar edərək deyirdilər ki, insanlar behiştdə Allahın nemətlərindən faydalanıb, cəhənnəm əhli cəhənnəm əzabına düçar olduqdan sonra hər bir şey (behişt və cəhənnəm) aradan qalxacaqdır.

Cümə namazı - Müsəlmanların həftəlik ictimai mərasimləri arasında "cümə namazı" xüsusi yer tutur. Cümə namazı təkcə ibadət yox, həm də müsəlmanların vəhdət göstəricisi və İslamın əzəmətidir. Cümə namazı Quran ardıcıllarının agahlığını artırır və ibadi-siyasi namaz hesab olunur. Qurani-kərim cümə namazı haqda buyurur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!"

Cürm - əslində meyvənin ağacdan ayrılmasına deyilir. Habelə, alçaq mənasını da daşıyır. Cərimə və cəraim sözləri də bu kökdən ayrılmışdır. İnsanı öz hədəfindən, həqiqətdən, səadətdən və bir sözlə təkamüldən saxlayan əməllərə "cürm" deyilir.

Çadra - çarşab, qadınların başdan ayağa özlərini örtməsi üçün hazırlanmış libas növü, çadranın parçası adətən qara rəngdə olur.

Çarşab - çadra.

Çavuş - qədimlərdə Həcc, Kərbəla və Məşhəd ziyarətinə gedənləri karvana toplayan şəxslərə "çavuş" dəyirdilər. Çavuşlar şəhərin içində məhəllə-məhəllə gəzib, uca səslə qəsidə oxuyar və camaatı hazırlaşmağa çağırardılar. Klassik şairlər çavuşların oxuması üçün "çavuşi" adlı xüsusi şə"rlər yazmışlar.

Çəndəlalar - çoxtanrılı Hindistan cəmiyyətində ümumiyyətlə bütün insani, ictimai hüquqlardan və hətta bəzi heyvanlara məxsus imtiyazlardan da məhrum olan təbəqə.

Çit - hind fəlsəfəsində ruh anlamındadır.

Damapada - Buddistlərin müqəddəs kitabı.

Daniyal peyğəmbərin səhifəsi - peyğəmbərlərin Bəni-İsrail qövmü barəsində qabaqcadan verdikləri xəbərlər və bu qövmün başına gələcək çətinliklərlə əlaqədar varid olan xəbərdarlıqlardan ibarətdir.

Dar - ərəbcə ev deməkdir, darür-rəhmət - rərhmət evi, dаrül-qürur - mәğrurluq diyаrı, darül-möminin - möminlərin evi və...

Darma - Bu məqsəd dini-əxlaqi şəriət deməkdir. Hinduslar vicdanın bəyəndiyi incə qayda-qanunlar silsiləsini istəyən şəxs üçün müəyyənləşdirmişlər ki, şəriət tələb edən şəxs onun əsasında özünün - ailə, siniflər və cəmiyyət qarşısındakı vəzifələrini bilərək onlara əməl etsin. "Darmaşastra" adlanan digər şəriət qanunlarına dair kitablar, "Mano qanunları" kitabı da bu qrupa yol göstərmək üçün yazılmışdır. Bu məqsədi seçənlər özlərini nəfsani istəklər, şan-şöhrət və məqam istəklərinin buxovlarından azad edərək onları xeyir və saleh əmələ daha yaxınlaşdırmaqla onlar üçün ruhi şadlıq və fərəh hissini ərməğan gətirən məqsədi seçə bilərlər. Eyni halda bu məqsəd də son hədəf deyil əksinə, mütləq xilas və qurtuluşa nail olmaq üçün daha ali məqsədi seçməlidir.

Darun-nədvə fitnəsi (sui-qəsdi) - Qüreyş bаşçılаrı Dаrun-nədvədə toplаntı təşkil etdilər. Sonrа qərаrа аldılаr ki, hər qəbilədən bir cаvаn аdаm birlikdə Həzrət Məhəmmədə (s) hücum edərək onu öldürsünlər. Belə olаn hаldа onu öldürən bir nəfər olmаyаcаq və bəni Hаşim intiqаm аlmаq üçün аyаğа qаlxа bilməz, çünki onlаr bütün tаyfаlаrlа vuruşmаq qüdrətinə mаlik olmаzlаr. Məcbur olub qаn pulunu аlmаğа rаzılаşаcаqlаr. Qüreyş sui-qəsdi həyаtа keçirmək istədikləri gecə Peyğəmbər (s) Аllаhın əmri ilə Məkkəni tərk etdi. Əlini (ə) öz yerində sаxlаyаrаq Əbu Bəkrlə birlikdə Yəsribə tərəf yolа düşdü. Üç gün Məkkə yаxınlığındа yerləşən Sаur аdlı mаğаrаdа qаldılаr. Аrdıncа gələnlər onu tаpmаq ümidini itirdikdən sonrа o Həzrət dolаyı yollаrlа Yəsribə tərəf üz tutdu.

Deduksiya (istidlal) - düşünmәk prosesindә ümumidәn xüsusiyә getmә, yekun çıxarma.

Dəruziyyə firqəsi - firqəni təsis edən şəxs yəni, İsmail ibni Məhəmməd dərzi olduğu üçün onun tərəfdarları özlərinə bu təxəllüsü götürmüşlər. "Dəruziyyə" firqəsi İsmailiyyə Fatimilərindən ayrılmış və 4-cü əsrin sonunda, daha dəqiq desək, Fatimi xəlifəsi Əl-hakim Bi-Əmrillahın (375-411 H.q.) dövründə meydana gəlmişdir.

Dәsisә - Elə insanlar var ki, nəfsani və şəhvani istəkləri ilə mübarizə aparmır, əksinə bu istəkləri can-başla yerinə yetirməyə davam edir. Bеlә bir insаnın әmәli "dәsisә" аdlаndırılmışdır.

Dəstəmaz - abdəst, islama görə, paklanmanın bir növüdür. Qüsldən fərqli olaraq, dəstəmaz alan şəxs bədəninin yalniz bəzi üzvlərini yuyur, yaxud onlara məsh çəkir (yəni yaş əlini həmin bədən üzvlərinin üzərinə sürtür). Namaz qılmaq, Quran yazısına, peyğəmbər və imamların adına toxunmaq üçün mütləq dəstəmazlı olmaq lazımdır.

Difа - müdafiə məqsədli cihad, müdаfiә sаvаşı.

Din - itaət, cəza, mükafat və sair kimi mənaları ifadə edir. Dini termin kimi isə insan və dünyanın yaradanına etiqad bəsləməyə və bu əqidələrə mütənasib olan əməli göstərişlərə deyilir. Deməli, ümumiyyətlə Yaradana inanmayanlar, aləmdə mövcud olan hadisə və varlıqların təsadüfi olaraq yarandığını iddia edənlər, yaxud bunu maddi və təbii proseslərin nəticəsi hesab edənlər dinsiz adlandırılır. Amma kainatın bir yaradanı olduğuna inananlar, hətta əgər onların dini mərasimləri və əqidələri inhiraf və xurafatla yanaşı olsa belə dindar hesab olunurlar. Buna əsasən insanların arasında mövcud olan dinlər haqq və batil olaraq iki yerə bölünür. Haqq din real gerçəkliklə müvafiq və düzgün əqidəyə malik olan bir dindir. O, səhihlik və etibarlılıq üçün kifayət qədər zəmanət verən müəyyən davranış, rəftar və əməlləri tövsiyə və təkid edir.

Dini təqvim - Allah-taala müqəddəs Quranda buyurur:

"Hәqiqәtәn, Allah yanında; göylәr vә yeri yaradarkәn ilahi kitabda mövcud olan ayların sayı on ikidir. Onların dördü haram aylardır". (Tövbә surәsi, 36-cı ayә)

"ri ayları"

Bildiyiniz kimi, hicri-qәmәri tәqviminin әsası, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) Mәkkәdәn Mәdinә şәhәrinә hicrәt etmәsi ilә qoyulmuşdur.

Qәmәri tәqvimi aşağıda qeyd olunan on iki aydan tәşkil olunmuşdur:

1 - Mәhәrrәm;

2 - Sәfәr;

3 - Rәbiül-әvvәl;

4 - Rәbiüs-sani;

5 - Cәmadiül-әvvәl;

6 - Cәmadiüs-sani;

7 - Rәcәb;

8 - Şәban;

9 - Ramazan;

10 - Şәvval;

11 - Zil-qәdә;

12 - Zil-hiccә.

Qeyd etmәk lazımdır ki, Tövbә surәsinin 36-cı ayәsindә sözügedən "dörd haram aylar"dan mәqsәd, aşağıdakılardır:

1 - Zil-qәdә;

2 - Zil - hiccә;

3 - Mәhәrrәm;

4 - Rәcәb.

Müqəddəs İslam şәriәtinin göstәrişinә әsasәn bu dörd ayda müharibәyә başlamaq qadağandır. Elə buna görə də bu aylara "dörd haram ay" adı verilmişdir.

Hәmçinin, qeyd etmәk lazımdır ki, qәmәri tәqvimi, Mәhәrrәm ayı ilә başlanır vә Zi həccә ayı ilә sona yetir.

Bu izahlardan sonra hicri-qәmәri tәqvimi ilә baş vermiş əlamətdar hadisәlәri qeyd edirik:

1 - Hicri-qәmәri ilinin başlanğıcı;

9 - Tasua günü; (doqquzuncu gün)

10 - Aşura günü; (onuncu gün) İmam Hüseyn (әleyhis-salam)-ın şәhid edildiyi gün;

12 - İmam Zeynül-Abidin (әleyhis-salamın)-ın şәhid olduğu gün;

25 - Digər rәvayәtә görә, İmam Zeynül-Abidin (әleyhis-salam)-ın şәhid olduğu gün.

"

3 - İ mam Mәhәmmәd Baqir (әleyhis-salam)-ın anadan olduğu gün;

7 - İmam Kazim (әleyhis-salam)-ın anadan olduğu gün;

20 - İmam Hüseyn (әleyhis-salam) vә Kәrbәla şәhidlәrinin qırxı;

28 - İslam Peyğәmbәri hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm)-in vәfatı günü; İmam Həsən Müctәba (әleyhis-salam)-ın şәhid olduğu gün;

30 - İmam Rza (әleyhis-salam)-ın şәhid olduğu gün;

"

1 - İslam peyğәmbәrinin Mәkkәdәn Mәdinәyә hicrәt etdiyi gün;

8 - İmam Həsən Әsgәri (әleyhis-salam)-ın şәhid olduğu gün;

17 - İslam Peyğәmbәri hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm)-in anadan olduğu gün; İmam Cә'fәr Sadiq (әleyhis-salam)-ın doğulduğu gün;

"

8 - İmam Həsən Әsgәri (әleyhis-salam)-ın anadan olduğu gün;

10 - Hәzrәt Mәsumә (әlәyha salam)-ın vәfatı günü;

"

5 - Hәzrәt Zeynәb (әlәyha salam)-ın anadan olduğu gün;

"

3 - Hәzrәt Fatimə (әlәyha salam)-ın şәhid olduğu gün;

20 - Hәzrәt Fatimə (әlәyha salam)-ın anadan olduğu gün; (qadınlar günü)

1 - İmam Məhәmmәd Baqir (әleyhis-salam)-ın anadan olduğu gün;

3 - İmam Hadi (әleyhis-salam)-ın şәhid olduğu gün;

10 - İmam Cavad (әleyhis-salam)-ın anadan olduğu gün;

13 - Әmirәl-möminin hәzrәt Әli (әleyhis-salam)-ın anadan olduğu gün;

15 - Hәzrәt Zeynәb (әlәyha salam)-ın vәfatı günü;

25 - İmam Kazim (әleyhis-salam)-ın şәhid olduğu gün;

27 - İslam Peyğәmbәri hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm)-in peyğәmbәrliyә çatdığı gün (Məb`əs bayramı).

ban"

3 - İmam Hüseyn (әleyhis-salam)-ın anadan olduğu gün;

4 - Hәzrәt Әbәlfәzl (әleyhis-salam)-ın anadan olduğu gün;

5 - İmam Zeynül-Abidin (әleyhis-salam)-ın anadan olduğu gün.

15 - On ikinci İmam hәzrәt Mehdi Sahibəz-zaman (әleyhis-salam)-ın anadan olduğu gün.

10 - Hәzrәt Xәdicә (әleyha salam)-ın vәfatı günü;

15 - İmam Həsən Müctәba (әleyhis-salam)-ın anadan olduğu gün;

18 - Qәdr gecәsi;

19 - Hәzrәt Әli (әleyhis-salam)-ın yaralandığı gün;

20 - Qәdr gecәsi;

21 - Hәzrәt Әli (әleyhis-salam)-ın şәhid olduğu gün;

22 - Qәdr gecәsi.

Şәvval"

1 - Fitr bayramı;

25 - İmam Cәfәr Sadiq (әleyhis-salam)-ın şәhid olduğu gün.

"

1 - Hәzrәt Mәsumә (әlәyha salam)-ın anadan olduğu gün;

11 - İmam Rza (әleyhis-salam)-ın anadan olduğu gün;

30 - İmam Cavad (әleyhis-salam)-ın şәhid olduğu gün.

"

7 - İmam Baqir (әleyhis-salam)-ın şәhid olduğu gün;

9 - Әrәfә günü;

10 - Qurban bayramı;

15 - İmam Hadi (әleyhis-salam)-ın anadan olduğu gün;

18 - Qәdir-Xum bayramı (hәzrәt Әli әleyhis-salamın İslam Peyğәmbәrindәn sonra İslam ümmәti üçün rәhbәr tәyin edildiyi gün);

24 - Hәzrәt Peyğәmbәrin (s) mübahilә günü

Diskret - dedikdə "fasiləlilik" xarakteri olan atom, molekul və s. kimi varlıqlar anlaşılır.

Diyavs - çoxallahlılara görə səmavi allah. Veda ayinində ən qədim və ən uzaq keçmişə malik allahlardan biri də səmavi məbud "Diyavs"dır. O, öz həyat yoldaşı olan yer allahı "Pritvi" ilə birləşərək səma-yer cütünü təşkil edir. Zaman keçdikcə bu məbud öz əhəmiyyətini itirmiş, yer və səma hökmdarı məqamından təkcə səmavi varlıqlara, işıqlıq, gündüz və s. kimi səmavi varlıqlara hakim olmaq dərəcəsinə düşmüşdür. Diyavs öz məqamını itirdikdən sonra "Varuna", yaxud "Vişva-darışna" adlı (mənası - "hər yerdə zahir olan" deməkdir) digər bir mə`bud onun yerini tutmuşdur. Bu allah işləri nizam-intizama salan, tənzimləyən və nizamlayan ilahədir. Onların əqidəsinə görə dünyadakı bütün qüvvələr hər bir yerdə və hər bir zamanda onun əmrlərinə tabedir, təbiət qanunları onun iradəsindən asılıdır.

Diyə - şəriət terminlərindəndir. İlam qanunlarına görə, qəsdən cinayət törətmiş hər bir şəxs etdiyi əmələ müvafiq surətdə cəriməni zərərçəkənə ödəməlidir. Bu cəriməyə "diyə" deyilir. Diyənin miqdarı törədilən cinayətin ağırlığından asılıdır. Məsələn, xüsusilə ağır olan qətl cinayətinə görə, cani ya öldürülməli, ya da zərərçəkən tərəfə diyə ödəməlidir. Bəzən əks tərəf diyəni qəbul etməklə razılaşır və beləliklə cani ölümdən xilas olur. Diyənin hökmləri mürəkkəbdir, bu barədə ətraflı məlumat almaq üçün mütləq şəriət kitablarına müraciət olunmalıdır.

Duxan - tüstü mənasına olan, Quran surələrinin birinin adıdır.

Ecaz - möcüzə etmək. Bütün ilahi peyğəmbərləri ecaz qüvvəsinə malik idilər.

Ecaz - hər hansı hərəkətin təkraredilməzliyini, başqalarının bu işi təkrar etməyə aciz olduqlarını bildirən ifadədir. Dini ədəbiyyatda "ecaz" kəlməsi adətən, Quranla baglı islədilir. ALLAHın ən boyuk mocuzələrindən sayılan Qurani-Kərim heç bir insan tərəfindən təkrar olunmayacaq dərəcədə dəqiq söz və məna gözəlliyinə malikdir. Quranda işlənmiş hərf və sözlərin təkrarı, kəlmələrin məna rəngarəngliyi, xüsusi ahəngdarlıqla növbələşməsi bu kitabın ecazını göstərən xüsusiyyətlərdəndir. Böyük İslam ədibləri, filoloq və təfsirçilər Qurani-Kərimin ecazı barədə xeyli dəyərli əsərlər yazmışlar.

Edadi səbəb - vasitə rolunu oynayan səbəb.

Edam - öldürmə, bəzi dini cəzalarda edam hökmü mövcuddur.

Ehkam - əhkam, şəriət hökmləri.

Ehram - həcc zamanı hacıların geyindiyi xüsusi libas. Ehram iki ədəd tikişsiz, ağ parçadan ibarətdir. Hacılar bu parçaların birini çiyinlərinə salır, o birini isə bellərinə bağlayırlar.

Ehtiyаt-lаzım - О еhtiyаtdır ki, müctеhid оnа riаyәt еtmәyi әqli dәlillәr vаsitәsi ilә isbаt еtmişdir.

Ehtiyаt-vаcib - Ehtiyаt vаcib о әmәldir ki, еtiyаtа müvаfiqdir, аmmа fәqih оnunlа yаnаşı fәtvа vеrmәyibdir. Bеlә оlаn hаllаrdа müqәllid sоnrаkı rütbәdә gәlәn müctеhidin fәtvаsınа әmәl еdә bilәr.

Еhtizаr - Cаn vеrәn hаldа оlаn müsәlmаn.

Ehtizаr - cаn vеrәn zаmаn insаnın iç hаlı еhtizаr аdlаnır. İnsаnın cаnı (ruhu) оnun hülqumunа çаtаnаdәk hәqiqi ölüm bаş vеrmәmişdir. İnsаn hәyаtа qаyıdа bilәr. Аmmа cаn hülqumа çаtdıqdаn sоnrа gеriyә qаyıdış imkаnı qаlmır. Rәvаyәtlәrә әsаsәn, bu mәqаm "müаyinә zаmаnı"dır, yәni bu vахt insаnın bәrzәх gözü аçılır. Ruhun bәdәnlә әlаqәsi tаm kәsilmәsә də, bu prоsеs gеdir.

Ehzar - ruhları çağırmaq.

Ekzistensializm fәlsәfәsi - XX әsrdә meydana gәlmiş fәlsәfi tәlimdir. Bu fәlsәfi tәlimin nümayәndәlәri arasında dini vә ateist ekzistensialistlәr dә olmuşdur. Bu tәlimin Qabriel Marsel (1889-1973, Fransa), Nikolay Berdyayev (1874-1948, Rusiya), Martin Haydegger (1889-1976, Almaniya) vә başqaları kimi görkәmli nümayәndәlәri olmuşdur.

Eleyalı Zenon - eradan әvvәl 490-430-da yaşamış qәdim yunan filosofu, dialektikaçı materialist.

Elidalı Pirron - eramızdan әvvәl 360-270-dә yaşamış yunan filosofu, Skeptisizm tәliminin banisi olmuşdur.

Еlmi hövzә - Еlmi hövzә şiә аlimlәri tәrәfindәn yаrаdılаn dini mәdrәsәlәr mәcmusudur. Mаliyyә mәnbәyi mәrcеyi-tәqlidlәrә vеrilәn хüms vә zәkаtın bir qismi vә bәzәn dә хеyriyyәçi insаnlаr tәrәfindәn göstәrilәn yаrdımlаrdаn ibаrәtdir. Bu mәdrәsәlәrdә әnәnәvi dini fәnlәr, о cümlәdәn әrәb dili qrаmmаtikаsı, tәfsir, fiqh, üsul, mәntiq, fәlsәfә vә digәr dәrslәr kеçirilir.

Bir еlmi hövzәdә оnlаrlа dini mәdrәsәlәrin оlmаsı mümkündür. Lаkin bәzәn bir mәdrәsәyә dә еlmi hövzә dеyilir.

Еlmi hövzәnin min ildәn аrtıq yаşı vаrdır. Bu gün dünyаnın bir çох şәhәrlәrindә, о cümlәdәn Nәcәf, Qum, Dәmәşq, Mәşhәd vә İsfаhаndа еlmi hövzә mövcuddur. Hаzırdа әn böyük vә mәrkәzi еlmi hövzә Qum еlmi hövzәsi sаyılır.

Sоn illәrdә Qum еlmi hövzәsinin tәdris sistеmindә әsаslı islаhаtlаr nәticәsindә müхtәlif iхtisаslаrın tәdrisi dә hәyаtа kеçirilir. İndi bu mәdrәsәlәrdә Qurаnşünаslıq, hәdisşünаslıq, İslаm fәlsәfәsi vә ürfаn, İslаm tаriхi, İslаm iqtisаdiyyаtı, әrәb dili, din vә mәzhәbşünаslıq, şiәşünаslıq, fiqh vә üsul, fiqh vә İslаm mааrifi, İslаm hüququ vә digәr sаhәlәr üzrә mütәхәssislәr yеtişdirilir.

Elmi-hüzuri - heç bir yardımçı vasitənin köməyi olmadan insanın daxilində olan biliklər məcmusu.

Elmi yol ilə tanıma - əqli və nəqli yolla əldə edilən tanıma.

Empirik - tәcrübi.

Epistimologiya - fəlsəfənin mərifətşünaslıq bölməsi.

Eşq - sevgi, Eşqlə ibadət - əsl ibadət sönüklük, halsızlıq, yorğunluqla yox, məhəbbət, şadlıq və ləzzətlə yanaşı olmalıdır. Qəlbən vurğun insanlar ibadət zamanı xoş əhval-ruhiyyə əldə edirlər. Bu dəyər elm və düşüncə ilə əldə olunur. Halsız ibadət səmərəsizdir. İmam Sadiq (ə) buyurur: "Məcburən, halsız ibadət etməyin." Böyük şəxsiyyətlərlə görüşə maraqlı olduğumuz kimi, Allahla görüşə, Onun dərgahına eşq dolu qəlblə gəlməliyik. Din övliyaları və məsumlar Allahla görüş vaxtını eşqlə gözləyirdilər. Onlar insanı heyrətə gətirəcək eşqlə namaz qılıb, ibadət edirdilər.

Eyb хiyаrı - Müamiləni pozmaq hüququ. Mаldа, yахud оnun әvәzindә müәyyәn еyb оlsun vә әvvәlcәdәn bundаn хәbәrsiz оlsunlаr. (Bunа "еyb хiyаrı" dеyilir.)

V hissə ilə tanış olmaq istəyirsinizsə, buraya kilik edin.

Allah oxuyan gözlərinizi nurlu, qəlbinizi imanlı, zehninizi açıq etsin! Amin!..