Kalsium qəbulu qadınlarda infarkt və insult riskini artıra bilər

Kalsium qəbulu qadınlarda infarkt və insult riskini artıra bilər

6 May 2011 14:16
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ alimlərinin fikrincə, kalsiumun qəbulu qadınlarda infarkt və insult riskini artıra bilər.


Yan Ridin rəhbərliyi altında Oklend Universitetinin (Miçiqan ştatı) bir qrup tibb işçisi 16 min qadından toplanmış tibbi göstəriciləri təhlil edərək aydınlaşdırmışlar ki, kalsium qəbul edən xanımlarda insult və infarkt riski 13-22 faiz artır.


Tərkibində kalsium olan qida əlavələri sümüklərini möhkəmləndirmək üçün bu vasitələri qəbul edən ahıllar arasında xüsusilə populyardır. Tədqiqatçıların fikrincə, kalsium orqanizmdə başqa effekt də doğura bilər. Məsələn, arteriyaları möhkəmləndirməklə və tromb əmələ gətirməklə ürək tutması riskini artıra bilər.


Yemək ziyandır, içmək ziyandır, gəzmək ziyandır. Təkcə ölmək ziyan deyil...

Tofiq Əliyev

O.M.