Ayaqların ağrımaması üçün

Ayaqların ağrımaması üçün

4 Aprel 2011 17:30
Bəyəndim (0) Bəyənmədim (0)
Qadınlar mütləq bunu bilməlidir

Keçmişdə qadınlar üçün dar korsetlər necə narahat idisə, günümüzdə də dikdaban, sivri burunlu ayaqqabılar məhz o cürdür. Barmaq ucları, ayağın daban hissəsi əzilir və nəticədə möhkəm ağrılar olur. Amma neyləmək olar, təki gözəl görünüş olsun. Bax, bu hər şeyə dəyər!

Ayaqqabılarınızı çıxartdıqdan sonra möhkəm ağrılar və şişkinlik hiss edirsiniz? Darıxmayın, dərdinizə dərman tapmışıq. Belə ki, bir neçə xörək qaşığı duzu isti su ilə doldurulmuş ləyənin içinə qoyun. Sonra ayaqlarınızı bir neçə dəqiqə həmin suyun içində saxlayın.

Və ya tennis topunu ayaqlarınızın altında bir saata yaxın yuvarlayın. Bu masaj rahatlayıcı təsir bağışlayacaq.

Günel Həbib

O.M.