İslamın nuru və hərarəti - II hissə

İslamın nuru və hərarəti - II hissə

2 May 2011 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

Cəmiyyətimizdə İslam dininə, eləcə də bütün dinlərə marağın artdığını nəzərə alaraq, 29 apreldən etibarən həftənin Şənbə günləri yeni bir rubrika ilə görüşünüzə gəldik. Məqsədimiz dinin, həmçinin fəlsəfənin incəlikləri ilə maraqlanan insanlara bu işdə yardımçı olmaqdır. Belə ki, yeni rubrikada əməkdaşımız Mərdan Qaraisayevin topladığı elmi məlumatlar əsasında dini terminlərin izahını əks etdirən ensiklopedik məlumatlarla tanış olacaqsınız. Ümidvarıq ki, sizə təqdim olunacaq məlumatlar marağınıza səbəb olacaq. Qoy gözlərimiz İslamın nuru ilə işıqlansın, qəlbimiz Allah məhəbbəti ilə hərarətlənsin. Amin!..

ll - hissə


I hissə ilə tanış olmaq istəyirsinizsə, buraya klik edin


Abdəst - Su və əl sözlərindən yaranmış, namazdan öncə məxsus şəriət qaydası ilə əl-üzü yumaq, dəstəmaz.

Abdullah- Əbdüllah - Məhəmməd Peyğəmbərin (s) atasının adı. Peyğəmbərin (s) babası Əbdül-Mütəllibin doqquz oğlu vardı. Zəmzəm quyusu qazılanda nəzir etmişdi ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban edər. Onun duası qəbul oldu və Allah-taala ona onuncu oğulu əta etdi. Peyğəmbərin (s) atası Abdüllah Əbdül Mütəllibin sonuncu oğlu idi. Abdüllah dünyaya gələndən sonra Əbdül Mütəllib öz nəzirini yerinə yetirmək qərarına gəldi. Övladları arasında püşk atdı. Püşk Abdüllaha düşdü. Abdüllahın əlindən tutub qurbangaha apardı. Qohum-əqrəba yığışıb bu işə mane olmaq istədilər. Çünki bu iş sonra da adətə çevrilə bilərdi. Təklif etdilər ki, on dəvə və Abdüllah arasında püşk atılsın. Püşk yenə də Abdüllaha düşdü. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşdü. Beləcə, 100 dəvə Abdüllahı əvəz etdi. Necə ki, qeybi qoyun İsmaili əvəz etmişdi. O zamandan başlayaraq insanın diyəsi yüz dəvə oldu. Bu adət Əbdül Mütəllibin adəti oldu və islamda da qorunub saxlanıldı. Bu məsələ ilə əlaqədar Peyğəmbər (s) buyurub ki, "mən iki qurbanın övladıyam". Burada İsmail və atası Abdüllahı nəzərdə tutur.

Abdüllah bədən quruluşu, həmçinin ağıl gözəlliyi nəzərincə ərəblər arasında tanınmış şəxs idi. O, Əbdül Mütəllib övladlarının seçilmişi idi və diqqəti hamıdan çox cəlb edirdi. Abdüllah çox yaşamayıb. Amənə ilə evləndikdən sonra Şam səfərindən qayıdarkən xəstələnir və Mədinədə ata qohumu Bəni Nəccarın yanında qalır. Elə orada da 25 yaşında ikən vəfat edir. Darül-nabiğə məhəllində dəfn edilir. Onun qəbri illərlə ziyarət edilir. Ali Səud vaxtı hərəmin genişləndirilməsi bəhanəsi ilə bu qəbir dağıdılır. Onun vəfat tarixi mübahisəlidir. Yalnız bu aydındır ki, o, Peyğəmbər (s) anadan olmamış vəfat edib. Lakin Yəqubi bu fikri rədd edib, imam Sadiqdən (ə) nəql edir ki, Abdüllah Peyğəmbər (s) dünyaya gələndən iki ay sonra vəfat edib. Bəli, Peyğəmbərin (s) digər əcdadı kimi Abdüllah da müvəhhid və allahçı olmuş, bəşəriyyətin ən üstün, kamil şəxsini yadigar qoyub getmişdir.

Abid - lüğəti mənada "ibadət edən" deməkdir. İslam tarixində öz gözəl əxlaqı, çoxlu ibadətləri ilə məşhur olan şəxslərə "abid" demişlər. Həmin şəxslər həqiqətən ibadətdən zövq almış, günün əksər vaxtlarında ALLAHa ibadət etməyi özlərinə borc bilmişlər. Belə abidlərdən çoxlu fövqəladə hərəkətlər - kəramətlər müşahidə edilmişdir.

Abiogenez - Canlıların şüursuz təbiətdən öz-özünə qəflətən törənməsi haqda yanlış nəzəriyyə.

Absolyut - Mütləq ruh.

Abstraksiya - Mücərrədlik, mücərrəd, qeyri maddi məfhum.

Adityalar - çoxallahlılara görə üç kollektiv allahlar dəstəsindən biri. Bu allahların sayının 6, 8 və bəzən də 12 olmağı məsələsində fikir ayrılığı var. Adityalar səmadadırlar və təbiət ünsürləri üzərində hökmranlıq edirlər. "Aditya" ilahəsinin övladları, yəni məbudlar anasının övladları olan onlar parlaqlıq, paklıq, varlıq aləmini idarə etmək kimi sifətləri daşıyırlar.

Afaqi və ənfusi - Afaq, üfüq kəlməsinin cəm halı olub üfüqlər deməkdir. Ənfus, nəfs kəlməsinin cəm forması olub nəfslər deməkdir. Seyrü-süluk yolunun müqəddimələrindən biri də afaqi və ənfusi seyrdir. Qurani-kərimin Fussilət surəsinin 53-cü ayəsindən əxz edilmiş ürfani bir göstərişdir. Afaq dedikdə bütün xarici aləm (varlıq aləmi), ənfus dedikdə isə insanın vücudu nəzərdə tutulur.

Ağaxaniyyə firqəsi - İsmailiyyə məzhəbində cərəyan.

Axirət - İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis adamlar isə cəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yərlərdə (cənnət və cəhənnəmdə) davam edəcək. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir.

Axund - Islam aləmində ali dini rütbədir. Lüğəti baxımdan bu sözün "oxumuş (təhsilli) adam" mənasıni ifadə edən "ağaye-xunde" sözündən qaynaqlandığı ehtimal olunur.

Aksiom - bədihi, sübutsuz qəbul edilmə, sübuta ehtiyacı olmayan həqiqət.

Aqnostisizm nəzəriyyəsi - bu nəzəriyyəyə görə, aləmdə həqiqi varlıqlar mövcuddur, lakin bu varlıqlar dərkolunmazdırlar.

Amil peyğəmbərin səhifəsi - peyğəmbərlərin Bəni-İsrail qövmü barəsində qabaqcadan verdikləri xəbərlər və bu qövmün başına gələcək çətinliklərlə əlaqədar varid olan xəbərdarlıqlardan ibarətdir.

Amin - bütün duaların sonunda işlənən söz. Təqribi mənası "Dua qəbul olsun!" deməkdir. Əsli qədim ibranıcədəndir.

Anaba petistlər firqəsi - mərkəzi Avropada yaşayan yüksək saylı qruplar idi ki, onlar katoliklərin, Luter və Kalunist dəstələrin müqabilində qərar tutmuşdu. Onlar qeyd olunan bütün bu qruplar tərəfindən təqib edilib əzab-əziyyətə məruz qalırdılar. Bu firqənin adı "ikinci dəfə təmid qüslü" edənlər mənasını daşıyır. Çünki bu qrup inanırdı ki, təmid qüslü uşaqlar və kiçik yaşlılar üçün deyil, həddi-buluğa çatanlar üçündür və təmid qüslünü onlar yerinə yetirməlidirlər; uşaqlıq çağlarında təmid qüslü verilmiş şəxslər həddi-buluğa çatan zaman yenidən bu qüslü verməlidirlər. Bu firqənin nəzərində təmid qüslü mərasimi mehr-məhəbbətin göstəricisi, məsihiliyə keçməyin nişanəsi və həzrət İsaya vəfalı olmaqdan ibarətdir. Bu qrupların bəziləri kəramət və ilham əhli idi; həzrət İsa (ə)-ın yenidən zühurunun min illiyinə inanırdılar. Bəziləri də ictimai şəkildə yaşayan kommunaçılar əqidəsində idilər; var-dövlətlərindən şərikli şəkildə istifadə edirdilər. Anaba petistləri inanırdılar ki, yalnız təmid qüslünü yerinə yetirən, yaxud həddi-buluğa çatdığı zaman onu yenidən əncam verən təqvalı və dindar şəxslər kilsə üzvləri sayıla bilər.

Animizm - Bu kəlmə latın sözü olan "Anima" kəlməsindən yaranmışdır; ruha pərəstiş, bütün varlıqlarda və təbii şeylərdə ruhun varlığına etiqad bəsləmək mənasını daşıyır.

Antakiya - qədim dövrdə Antioxiya. Şəhər Mons Silpius dağının ətəyində, Kasius Mons

(Kuşeyr Akra) dağ silsiləsinin şimal yamacında, Asi çayı vadisinin kənarında, Aralıq dənizinin 22 kilometrliyində yerləşir. Ərəblər Silpius dağının adını Həbib ən-Nəccar adına dəyişdirmişlər. Həmin dağ indiyə kimi onların ibadət yeridir. Antakiyanın əsası eramızdan 300 il əvvəl iki tərk edilmiş qədim Roma koloniyasının yerində imperator Selevkius (311-281) tərəfindən qoyulmuşdur. İsanın (ə) Antakiyada xristianlığın təbliği ilə məşğul olan iki nümayəndəsi, onun həvariləri (apostolları) Yəhya və Yunis olublar, üçüncü nümayəndə Şəmun olmuşdur.

Antropomorfizm - Allahı cisim saymaq. Yunan sözüdür. Antros - insan, morphe - forma mənasındadır.

Arhat - bütpərəstlərdə kamil insan.

Arxiyepiskop - Yunanca yüksək dini rütbə, yepiskopdan aşağı mitropolitdən yuxarı.

Aristotel - eramızdan әvvәl 384-322-ci illәrdә yaşamış yunan filosofu. Şәrqdә Ərәstun kimi tanınmış bu mütәfәkkir Afinada Platonun mәktәbindә oxumuşdur. Məntiq elminin banisi sayılır.

Аriyә - budur ki, insan öz mаlını istifаdә еtmәk üçün bаşqаsınа vеrsin, әvәzindә dә hеç nә аlmаsın.

Arta - Bu maddi şan-şöhrət və qüdrət axtarmaq, mal-dövlət toplamaq, sərvət yığmaq, rifahda yaşamaq, yüksək ictimai məqam və mənsəblərə çatmaq deməkdir. Bu məqsəd də yolverilən sayılmışdır və insan ona çatmaq naminə çalışa bilər. Əlbəttə, bu məqsədə çatmaq başqaları ilə rəqabət aparıb onları arxaya atmaq və təbii ki, rəhimsizlik və qəddarlıqla müyəssər olur. Qədim hindus kitab və mənbələrində "ərta-şastra" adlanan yazılarda, eləcə də "pənce-təntrə" ("Kəlilə və Dimnə" hekayətləri) kitabında həyat və hakimiyyət uğrunda mübarizə meydanında düşmənlərə və rəqiblərə qələbəyə dair hekayələrdə zarafatla deyilmiş ciddi göstərişlər vardır. Buna əsasən də, hinduizm ayinində təyin olunmuş qayda-qanun və şərtlərə əməl ediləcəyi, onlardan boyun qaçırılmayacağı təqdirdə şan-şöhrət və məqam üçün çalışmağın həyat amalına çevrilməsinə icazə verilir.

Asarvaveda - Bu vedanın dördüncü və sonuncu kitabıdır. Məzmun baxımından yerdə qalan üç kitabla müqayisədə daha fərqli üsluba malikdir. Çünki, bu kitab sehr və cadugərlik məsələlərində Əhrimən qüvvələrinə qələbə çalmaq məqsədi ilə yazılmış müxtəlif mətn, zikr və nəğmələr toplusundan ibarətdir.

Asket - Yunanca zahid, hər şeydən özünü məhrum edən din, asketizm.

Aşura - Lüğəti mənası "onuncu gün" deməkdir. Üçüncü Imam Hüseynin (ə) Kərbəla səhrasında faciəvi ölüm günü - yəni hicri-qəməri təqvimlə məhərrəm ayının 10-u "aşura" adlanır.

Ateizm - Allahın və ya hər hansısa fövqəlqüvvənin mövcudluğuna inanmayanların baxışlar sistemi.

Atif - yüksək mənəvi hisslərə malik olan mömin şəxs.

Avesta - Zərdüştlərin müqəddəs kitabı.

Ayat - ayələr, nişanələr.

Ayə - lüğəti mənada nişanə və rəmz deməkdir. Lakin bir termin kimi Qurani-Kərimin hər cümləsinə "ayə" deyilir.

Ayət - kəlməsi müxtəlif varlıqlarda (istər adi olsun, istərsə də qeyri-adi) müxtəlif mənalarda işlənir. İlahi hikmət, qüdrət və elm nişanələri də buna misaldır.

Ayәt nаmа- Təbiətdə baş verən qeyri-adi hadisələr bəzən insanın qorxmasına səbəb olur. Bəzən də bu hadisələr cahillərin düşüncəsində şirkamiz və xürafi təsəvvürlər oyada bilər.

Düşüncələrin həqiqi amillərə yönəldilməsi, zehinlərin azmasının qarşısının alınması bir vəzifə olaraq haqq dinlərin öhdəsinə düşür.

İslamda belə hadisələrə görə xüsusi namaz qılmaq vacibdir. Bu halda xalq varlığı yaradan Allahı düşünür və bu hadisələrin Allahın qüdrətindən asılı olduğunu anlayır. Bu namazın adı "ayət" namazıdır. Çünki uyğun namaz Allahın nişanələri və ayələri olan hadisələr baş verdikdə qılınır.

Risalədə oxuyuruq: Ayət namazı dörd halda vacib olur:

1. Günəş tutulması (küsuf);

2. Ay tutulması (xüsuf);

3. Zəlzələ;

4. Xalqı qorxuya salan ildırım, qara və qırmızı küləklər.

Аyәtullаh - Lüğәti mәnаsı Аllаhın nişаnә vә әlаmәti dеmәkdir. Müctәhidlik mәqаmınа yiyәlәnәn ruhаnilәrә hörmәt әlаmәti оlаrаq Аyәtullаh dеyilir.

Аyәtullаh-әl üzmа - Аllаhın böyük nişаnәsi dеmәkdir. Böyük müctәhidlәrә, хüsusәn dә digәrlәri tәrәfindәn tәqlid еdilәn müctәhidlәrә dеyilir. Аyәtullаh vә Аyәtullаh üzmа bәzәn еyni mәnаlаrdа dа işlәnir.

Ayişə - Əbu Bəkrin qızı Ayişə Sudədən sonra Məkkədə altı yaşında Peyğəmbərə (s) əqd olunmuşdur. Yalnız hicrətdən sonra Peyğəmbərin (s) evinə köçmüşdür. O, Hicrətin 57-ci, ya da 58-ci ilində vəfat etmişdir.


Allah oxuyan gözlərinizi nurlu, qəlbinizi imanlı, zehninizi açıq etsin!
Amin!..


(ardı var)


Yazının ardını oxumaq üçün buraya klik edin