Qara tut meyvəsi vitaminlər mənbəyidir və orqanizmi xərçəngə yoluxma riskindən qoruyur

Qara tut meyvəsi vitaminlər mənbəyidir və orqanizmi xərçəngə yoluxma riskindən qoruyur

4 İyun 2021 08:32
4 151
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmişdən bu günə qədər bir çox xəstəliyin müalicəsi olaraq istifadə edilən qara tut meyvəsi immunitet sisteminin ən böyük dəstəkçilərindən biridir.

Oxuməni.az qara tutun 5 beş faydasını təqdim edir:

1. Sürətli arıqlamağa kömək edir

100 qramında yalnız 44 kilokalori olan qara tut az kalorili yay meyvələri arasında əla seçimdir. Meyvənin şəkəri az olduğu üçün qan şəkərini sabit saxlayır. Yüksək lif tərkibi ilə qəbizliyin qarşısını alır və həzm sisteminin sağlam fəaliyyətinə kömək edir.

2. Xəstəliklərə qarşı mübarizə aparır

100 qram qara tutun tərkibində təxminən 10 milliqram C vitamini var. Qara tut şəkərli diabetin qarşısını alır və anemiyanı aradan qaldırır.

3. Gəncləşdirir və gözəlləşdirir

Tərkibindəki C vitamini və dəmir yorğunluğu aradan qaldırır, dərini yumşaq və parlaq edir. Qara tuta bənövşəyi-qara rəng verən flavonoidlər qocalma əleyhinədir. Qara tut kalsium tərkibli olduğundan ağız və diş sağlamlığını qorumaqda əhəmiyyətli rola malikdir.

4. Antioksidan tərkibi ilə xərçəngin qarşısını alır

Qara tut meyvəsi orqanizmi bir çox xərçəng növünə yoluxma riskindən qoruyur və mövcud xəstəliklərin yaxşılaşmasına kömək edir.

5. Xolesterolu məhv edir və ürək sağlamlığını qoruyur

0 xolesterol tərkibli qara tut yüksək miqdarda lif və az şəkərli olduğu üçün qan yağlarının əmələ gəlməsinin qarşısını alır. Tərkibindəki A, B, C, E və K vitaminləri sayəsində qanda xolesterol səviyyəsini tənzimləyir, təzyiqi tarazlayır və qan laxtalanmanın qarşısını alır. Beləliklə, infarkt və iflic kimi ciddi ürək-damar xəstəliklərinin qarşısını alır.