Azərbaycan internetinin tarixində ən "qara gün" - MTN əməkdaşı niyə yoxa çıxdı?

Azərbaycan internetinin tarixində ən "qara gün" - MTN əməkdaşı niyə yoxa çıxdı?

16 Noyabr 2021 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

16 noyabr 2015-ci il Azərbaycan İnternetinin tarixində ən “qara gün” olub.

Oxuməni.az Konkret.az-a istinadən xəbər verir ki, bu haqda “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.

O xatırladıb ki, həmin tarixdə ölkənin əsas magistral operatoru olan Delta Telekom-da baş verən partlayış və yanğın nəticəsində Azərbaycan İnterneti tamamilə çökmüşdü.

“Azərbaycan təxminən 6 saat müddətində qlobal dünyadan ayrılmışdı.

Alternativlərin olmaması ucbatından Delta Telekom sistemi bərpa etməkdə xeyli çətinliklərlə üzləşmişdi.

Çünki o zaman ölkə internetinin 80%-i Delta Telekom tərəfindən təmin edilirdi və internet ölkəyə bir nöqtədən daxil olurdu.

6 il öncə Delta Telekom-da baş verənlərin səbəbləri nəydi ?

Təəssüf ki , indiyədək də bu açıqlanmayıb.

Partlayışın terror, texniki nasazlıq, sabotaj yoxsa hansısa digər təxribat olması haqqında heç bir rəsmi açıqlama olmayıb.

Bu işdə xeyli müəmmalı məqamlar vardı.

Delta Telekom-da qanunvericilkdə nəzərdə tutulduğu qaydada yaradılan ərazi, yəni partlayış baş verən Data Mərkəz MTN-ə məxsus olub.

MTN-nin tələbinə görə Azərbaycan İnternetinin bütün trafiki həmin nöqtədən keçməliydi.

Sistem Birinci Avropa Oyunları zamanı informasiya təhlükəsizliyini təmin etməliydi. Şübhəsiz ki, izləmə məqsədilə bu sistem qurulmuşdu.

Sistemin qurulmasına, İsraildən gətirilən proqram təminatlarına milyonlarla vəsait ayrıldığı bildirilirdi.

Həmin Data Mərkəzə yalnız MTN işçiləri daxil ola bilərdi.

Partlayış və yanğının səbəbləri haqqında indiyədək heç bir məlumat veirlməyib.

Baş Prokurorluq, MTN və XDMX -nin xüsusi komissiyası yaradılsa da nəticələr açıqlanmadı.

Maraqlı məqam ondan ibarətdir ki, həmin hadisə Prezidentin ölkədə olmadığı bir zamanda baş vermişdi.

Daha bir maraqlı məqam isə MTN-nin həmin Data Mərkəzinin qurulmasında iştirak edən, sistemə yeganə giriş imkanı olan əməkdaşının müəmmalı şəkilə yoxa çıxması olub”.

O.Gündüz deyib ki, bu hadisə informasiya təhlükəsizliyi və Azərbaycan İnternetinin dayanıqlığı üçün ciddi dərs oldu:

“Hökumət təhlükəsizliklə, əməliyyat-axtarışla bağlı səlahiyyətləri yenidən nəzərdən keçirdi, telekommunikasiya sektorunda dinləmə və izləmə ilə bağlı qanunvericilik qismən təkmilləşdirildi, ölkənin internet infrastrukturunda alternativliyə diqqət yetirildi və s.

Hazırda Azərbaycan İnterneti əsasən iki magistral operator- Delta Telekom və AzerTelecom üzərində “oturub”.