Məşhur kahinin 3-cü Dünya Müharibəsi haqqında QORXUNC PROQNOZU: “Yağışlı bir gecədə, Türkiyənin yaxınlığında ...”

Məşhur kahinin 3-cü Dünya Müharibəsi haqqında QORXUNC PROQNOZU: “Yağışlı bir gecədə, Türkiyənin yaxınlığında ...”

7 Noyabr 2021 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

1894-cü ildə Almaniyada anadan olan Alois İrlmayer İkinci Dünya müharibəsi və Almaniyanın 1939-cu il sentyabrın 1-də Polşaya hücumu ilə başlayan müharibə zamanı baş verənləri proqnozlaşdırmışdı.

Alois İrlmayerin sözlərinə görə, 3-cü Dünya müharibəsi Türkiyənin də sahillərinə sahib olduğu Aralıq dənizində başlayacaq.

Kahinlər keçmişdən bu günə qədər hər dövrdə diqqət çəkən insanlardır. 1894-cü ildə Almaniyada doğulan və mədən işçisi olan Alois İrlmayer də bu adlardandır. 2-ci Dünya müharibəsi və öz ölüm tarixini bilən Alois İrlmayerin 3-cü Dünya müharibəsi üçün Aralıq dənizini göstərməsi eşidənləri qorxuya salıb.
Irlmaier peşəkar quyu qazmaçısı idi və mədən kəşfiyyatçısı kimi də çalışıb. Eyni zamanda gələcəyi proqnozlaşdırdığı iddia edilən İrlmaier İkinci Dünya müharibəsi zamanı bombalanacaq ərazilərin və bir neçə itkin düşmüş şəxsin tapılması ilə bağlı çox doğru proqnozlar verib.

Elə İkinci Dünya müharibəsi illərində verdiyi proqnozların reallaşması onu məşhurlaşdırdı. Irlmaierin söylədiklərinin həqiqəti bir çox hallarda onu bəlaya düçar etdi. Lakin zaman keçdikcə ona şöhrət də qazandırdı. O, cadu və dələduzluğa görə məhkəməyə verildi. Bu işə xitam verildikdən sonra vəziyyət dəyişməyə başladı. İrlmayer bu işdə sübut etdi ki, o, fırıldaqçı və şarlatan deyil.

Kendi ölümünü bilmişti! Alois Irlmaier, 3. Dünya Savaşı için tarih vermiş...

O, 1959-cu ilin iyulunda da öz ölümünü proqnozlaşdırmışdı. Onun son sözləri “Gedə bildiyimə (ölməyə) şadam, çünki gördüklərimi yaşamaq məcburiyyətində qalmayacağam” olub.

Alois İrlmayerin 3-cü Dünya müharibəsi ilə bağlı aşağıdakıları deyib :

“Hər şey Orta Şərqdə başlayacaq. Əvvəlcə, qısa müddətli sülh bərqərar olacaq, lakin Orta Şərqdə başlanan savaş get-gedə alovlanacaq. Qəfildən yeni bir müharibə alovlanacaq, böyük dəniz qüvvələri Aralıq dənizində üz-üzə gələcək. Vəziyyət olduqca gərgin olacaq. Amma əsl qığılcım Balkanlarda alovlanacaq. Böyük bir şeyin düşdüyünü görürəm. Yanında qanlı xəncər dayanır. Sonrasında isə çevriliş olacaq. Üçüncü Dünya müharibəsi mütləq gələcək, amma ili təxmin edə bilmərəm. Bu hadisə milyonlarla insan tərəfindən müşahidə ediləcək. Müharibə yağışlı bir gecədə başlayacaq. Çin Kanada və Alyaskanı eyni gündə işğal edəcək. Bu, çox da uzaqda deyil. Sarı toz yağışı yağacaq, ABŞ-ın paytaxtı raketlə yox ediləcək. Qərb Asiya dövlətləri tərəfindən işğal ediləcək.Musavat.com