Məşhur erməni yazıçının oğlunu niyə güllələyiblər? – Xəyanəti bağışlamayan Stalinin dərkənarı

Məşhur erməni yazıçının oğlunu niyə güllələyiblər? – Xəyanəti bağışlamayan Stalinin dərkənarı

17 Oktyabr 08:19
156
Bəyəndim (0) Bəyənmədim (0)

Tumanyanlar ailəsini qısa xarakterizə etmək üçün bir cümlə yetərlidir: ata Tumanyan Nikolaya, oğulları isə Stalinə xəyanət edib. Bəli, ailənin həyat və fəaliyyətinni ana xəttini xəyanət təşkil edib. Söhbət ermənilərin “nəhəng”ə çevirdiyi yazıçı və şair Ovanes Tumanyanın ailəsindən gedir.

Ata Tumanyan 1869-cu ildə Tiflisin Dsex kəndində anadan olub. Orta təhsilini Tiflisdə alıb. 1899-cu ildə Ovanes Tumanyan Gürcüstan paytaxında “Varnatun” adlı ədəbi dərnək yaradıb və bu dərnəyin bütün üzvləri ermənilərdən ibarət olub. O, 1912-1921-ci illərdə Qafqaz erməni yazıçılar birliyinə sədrlik edib. Bu vəzifədə Tumanyan “erməni soyqırımı”ndan əzaiyyət çəkən “əzabkeş” ermənilərə yardım edilməsində fəal iştirak edib, bu fəallığına görə “bütün ermənilərin şairi” adını qazanıb.

Ermənilər tərəfindən “Görkəmli ictimai xadim” kimi təqdim edilən Ovanes Tumanyan Nikolay hökuməti dövründə siyasi baxışlarına görə iki dəfə həbs olunub.

Təzadlı məqamlardan biri isə odur ki, Nikolaya daş atan Tumanyanın övladları sonralar Stalinə daş atıblar.

scale_1200.jpg (101 KB)

Tumanyan 1888-ci ildə Olqa Maçkalyanla ailə həyatı qurub. Cütlüyün 4 oğlu, 6 qızı olub. Tumanyanın Artavadz adlı oğlunun ölümünü 1918-ci ildə türklərin ayağına yazıblar. Digər 3 oğlu, Muşeq, Amlik, Areq Tumanyan isə 1938-ci ildə vətənə xəyanətə görə güllələniblər.

Onların arasında ən fəalı isə Areq Tumanyan olub. Stepan Şaumyanı özünə kumir seçən Areq 11-ci qırmzı ordunun siyasi idarəsində xidmət edib. Sovet hökuməti qurulduqdan sonra Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Sarkis Lukaşin onu təşviqat şöbəsinə müdir vəzifəsinə təyin edib.

Areq Tumanyanın vəzifə hərisliyi o qədər güclü olub ki, bu “ehtirası” atası da hiss edib. Bununla bağlı Ovanes Tumanyan oğluna yazdığı məktubda aşağıdakı ifadələri xüsusilə qeyd edib:
“Əgər insan zəif və cılızdırsa, vəzifə insanı korlayır, sərxoş vəziyyətə salır, bəzən isə məhv edir. Ümid edirəm və arzulayıram ki, sən uzaqgörən və mövqeyini vəzifədən üstün tutanlardan olacaqsan...”

459px-Tumanyan_(2).jpg (46 KB)

Areq Tumanyan atasının bu “nəsihət”lərinin birinci hissəsini qulaqardına vurub, vəzifə sərxoşluğundan ayılmayıb, ikinci hissəsinə isə, mövqe məsələsinə “artıqlaması” ilə qulaq asıb.

Anastas Mikoyan Tumanyanlar ailəsinə xüsusi hörmətlə yanaşıb. Areq Tumanyanın vəzifə karyerası üçün isə bütün imkanlarından istifadə edib. Onun “bütün ermənilərin şairi”nin oğlunu Moskvaya gətirmək, yüksək vəzifələrə təyin etməklə bağlı öz planları olub. Bu planın birinci hissəsi olaraq Areq Tumanyan əvvəlcə Ticarət Komissarlığına (nazirliyinə) işə qəbul edilib.

Mikoyanın Kremldə səlahiyyətləri artdıqca, bu səlahiyyətlərdən Areq Tumanyan da yetərincə bəhrələnib. O, Ticarət Komissarlığından Mərkəzi Komitəyə, kənd təssərrüfatı şöbəsinin müdir mavini vəzifəsinə gətirilib. Bəzi mənbələrə görə, Mikoyan Areq Tumanyanın Mərkəzi Komitəyə katib və ya kənd təsərrüfatı komissarı vəzifəsinə təyinatı ilə bağlı Stalinə də müraciət edib. Stalin bu təklifə reaksiya verməyib.

Vəzfə pillələrində sürətlə irəliləməyə can atan Areq Tumanyanı Stalinin bu münasibəti qıcıqlandırıb. Mötəbər məclislərin birində sərxoş vəziyyətdə olarkən “onsuz da Stalinin hakimiyyətinin ömrünə az qalıb” ifadəsini işlədən Areq Tumanyan antisovet qrupları ilə əlaqəyə girib.

Tumanyanın fəaliyyəti “NKVD” rəhbəri Nikolay Yejovun diqqətindən yayınmayıb. Yejovun göstərişi ilə “NKVD”-nin 8-ci şöbəsinin rəisi Şapiro Stalinin və Molotovun ünvanına məktub göndərib. Məktubda 1-ci kateqoriya üzrə (gülələnmə) 89 nəfərin siyahısı təqdim olunub və cəzalandırılmaları üçün icazə istənilib. Siyahıda 70-ci ad Areq Tumanyanınkı olub. Stalin məktuba dərkənar qoyub: “İcra edilsin”.

Mikoyan bu dərkənardan sonra məsələyə müdaxilə etməyi mənasız və özünə təhlükə sayıb.
Areq Tumanyan 4 iyul 1937-ci ildə həbs edilib. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası onu antisovet fəaliyyətdə ittiham edib. Məhkəmənin hökmü ilə Areq Tumanyan ən ağır cəzaya, güllələnməyə məhkum olunub. Məhkəmnin hökmü 14 iyun 1938-ci ildə icra edilib.

Tumanyanların sərsəm siyasəti, yersiz iddiaları, daha çoxa qane olmaq istəkləri ailənin faciəsi ilə yekunlaşıb. “Bütün ermənilərin yazıçısı”nın dörd o ğlu bu düşünülməmiş siyasətin qurbanlarına çevriliblər. Musavat.com