ABŞ-ın sirli agentləri: Onlar kimlərdir?

ABŞ-ın sirli agentləri: Onlar kimlərdir?

4 Oktyabr 2021 06:30
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Gizli Xidməti həmişə hekayələr və şayiələrlə dolu bir maraq dairəsi olub.

Bəs qara geyimli bu qəribə adamlar həqiqətən kimlərdir? Filmlərdə qara eynək və qulaqlıq taxırlar, ancaq real həyatda bir gizli xidmət agenti ilə qarşılaşsanız, onları tanımaq şansınız sıfıra bərabərdir.

Düşündüyünüzdən daha çoxdurlar...

Gizli Xidmətin ümumiyyətlə, 100 -dən çox seçilmiş əsgərdən ibarət olduğunu düşünürük. Əslində fərdi mühafizəni nəzərə almasaq, təxminən 6500 adamdan ibarətdir.

Onlar yalnız dövlət başçısının qorunmasına cavabdeh deyillər...

Dövlət başçısının ailəsi, keçmiş prezidentlər və onların ailələri də qorunur. Bundan əlavə, qonaqlar və dövlət başçısının qorunmasını istədiyi hər kəs də bu xidmətə daxildir.

İş prosesi 3 mərhələdən ibarətdir...

Agentlər işə başlayan kimi dərhal sahə xidmətinə getmirlər. Əvvəlcə ofisdə 3 il işləməli və sonra 4 ildən 7 ilə qədər bir müddətdə sahə vəzifələrini yerinə yetirirlər. Ardınca vəzifələrini daha yüksək şəkildə davam etdirirlər, ya da ofisə qayıdırlar.

mki3.jpg (69 KB)

Özlərini güllələrin qabağına atıb suda sağ qalmaq üçün təlimlər keçirlər...

Hər hansı bir hadisədən əvvəl Gizli Xidmət bütün mümkün ssenarilərə və cinayət cəhdlərinə hazırlaşır. Bundan əlavə, hər bir agent hər səkkiz ayda bir bacarığını inkişaf etdirmək üçün təlimə qatılır.

İlk tibbi yardım göstərmək üçün hər zaman hazırlıqlıdırlar...

Hər bir agent müəyyən tibbi bilik səviyyəsinə malikdir və təcili tibbi yardım maşını gələnə qədər təmkinli olub, durumu idarə etmə bacarığındadır. Dövlət başçısının gedəcəyi məkanlar isə hər zaman əvvəlcədən araşdırılır və bütün məkanlar xəstəxanadan ən az 10 dəqiqəlik məsafədə olur.

Mühafizəçilərin avtomobilində hər zaman əlavə qan olur...

Agentlər lazım olduğu təqdirdə qan köçürə bilirlər və hər zaman dövlət başçısı üçün müəyyən miqdarda əlavə qan saxlayırlar.

“Weather” dağı haqqında deyilənlər doğrudur ...

Bütün dövlət adamlarının iştirak etməli olduğu tədbirlərdə ən az bir əyalət nümayəndəsinin gizləndiyi yeraltı bunker var ki, terror hücumu qarşısında bütün yüksək vəzifəli məmurlar hədəf alınmasın.

mki7.jpg (162 KB)

Gizli Xidmət həqiqətən kod adlarından istifadə edir...

Bəli, bu, Hollivudun əfsanəsi deyil. Bir ailənin üzvlərinin hamısının kod adı eyni hərflə başlayır. Məsələn; Obama üçün Renegade, həyat yoldaşı üçün Renaissance, qızları üçün Radiance və Rosebud kimi.

Ağ Evin, Oval ofisin yerlərində hərəkət sensorları var...

Gizli Xidmətin başqa bir qaydası dövlət başçısını heç vaxt tək buraxmamaqdır. Ancaq prezident Oval ofisdə tək vaxt keçirmək istəsə belə, Gizli Xidmət otaqdakı hərəkət sensorları sayəsində onun hər hərəkətini izləyə və hər hansı bir təhlükəni asanlıqla aşkar edə bilər. Həkim görüşlərində də dövlət başçısını tək qoymurlar. Səbəbindən asılı olmayaraq, dövlət başçısı onu müşayiət edən bir agent olmadan tək həkimə belə gedə bilməz.

ABŞ tarixində dövlət başçısı üçün vəzifədə olarkən canını qurban verən bir agent var...

Bir agent dövlət başçısı üçün canını qurban verirsə, bunu könüllü olaraq edir. Əslində tarixə baxdığımızda, vəzifəsini yerinə yetirərkən ölən yalnız bir agenti görmək mümkündür. Bu, 1 noyabr 1950 -ci ildə Harri Trumanın mühafizəçisi rolunda dünyasını dəyişən Leslie Coffeltdir.

Günəş eynəyi taxmırlar...

Filmlərdə agentlər qara geyimlərinə uyğun olaraq qara eynəkdə görünsələr də, real həyatda heç vaxt eynək taxmırlar. Səbəbi, əks etdirmə və ya qeyri -kafi işıq səbəbiylə əhəmiyyətli bir şeyi əldən verə bilmələridir.

mki13.jpg (83 KB)

Əlləri hər zaman hər hansısa hücuma müdaxilə üçün hazır vəziyyətdə olur...

Fotoşəkillərə diqqətlə baxsanız, agentlərin əllərinin həmişə bellərində olduğunu görərsiniz. Barmaqların mövqeləri fərqli olsa da, məna həmişə eynidir. Agentlər hər zaman sürətlə hərəkət etməyə və silahlarını götürməyə hazır vəziyyətdədir. Musavat.com