3 agentin edamına səbəb olan, ölkəsi haqqında bütün sirləri Rusiyaya satan FTB agenti

27 Sentyabr 06:23
212
Bəyəndim (0) Bəyənmədim (0)

FTB agentlərinin ölkələrini satmaları sadəcə filmlərdə olmur. Robert Hansen 2001-ci ildə tutulana qədər sirləri sataraq milyonlar qazanıb.

FTB tarixinin ən böyük kəşfiyyat boşluğu sayılan Robert Hansen kənardan sakit bir insan kimi görünməsinə baxmayaraq, arxa planda çox fərqli şeylər edib.

56 yaşlı agent tutulanadək məlumat ötürərək milyonlar qazanmaqla yanaşı, 2 ABŞ casusunun ölümünə səbəb olub.

1966-cı ildə Kimya dərəcəsi almasına baxmayaraq, əsas maraq dairəsi olan kodlarla və cihazlarla maraqlanmağa başlayıb və bir müddət sonra rus dilini öyrənib. Bu sayədə sovet casusları ilə əlaqələr qurmağa başlayıb. 1972 -ci ildə Çikaqoda Polis İdarəsində mühasib və daha sonra gizli müstəntiq olaraq işə götürülən Hansen, 1975 -ci ildə FTB –yə müraciət edib və dərhal işə qəbul olunub.

FTB agenti olmağı bacaran Robert Hansen, həftələrlə davam edən təlimlərdən və Amerikaya sədaqət andından sonra Nyu Yorka təyin edilib. Burada isə yüksək ödənişlər və borclarla mübarizə aparmağa başlayıb. Çünki Nyu Yorkda yaşam olduqca baha idi.
Heç bir əlavə ödəniş almayan, aşağı maaşla çox iş görən və ABŞ-ın ən həssas sənədlərinə əli çatan Hansen, pulsuzluq səbəbindən bir plan qurmağa qərar verib.

robert2.jpg (51 KB)

Hansen sovet kəşfiyyatından bir agentə yazdığı anonim məktubda 20.000 dollar qarşılığında “QRU”da ABŞ kəşfiyyatına işləyən casus general Dmitri Polyakovun adını verməyi təklif edib.

Bir neçə həftə sonra məktubuna cavab alan Hansen artıq sovet kəşfiyyatının gizli agenti olub. Sovet İttifaqına bir dəfə casusluq edən Hansen, daha sonra ABŞ kəşfiyyatında yüksək vəzifəyə təyin olunub. Bundan sonra daha çox iş öhdəliyi və daha yüksək maaş alaraq Vaşinqtona göndərilib.

Virciniyada bir ev alan Hansen yenidən maddi çətinliklərə görə, Sovet kəşfiyyatındakı əlaqələrini işə salıb və yenidən başqa bir məktub yazıb. Çünki vəzifəsi artdıqca əldə edə biləcəyi sənədlərin sayı da xeyli artıb.

robert3.jpg (83 KB)

Kəşfiyyat işçisinə 100.000 dollar qarşılığında sübutlarla 3 casus adını təqdim edən Hansen həmin şəxslərin edam edilməsinə səbəb olub. Bu hadisədən bir neçə il sonra sovet kəşfiyyatına saysız -hesabsız məlumatlar verən Hansen hər iki tərəfin də güvəndiyi bir fiqur olub.

Əvvəlcə yalnız ailəsini dolandırmaq üçün casusluq edən, bu işdən 1 milyon dollardan çox pul qazanan Hansen daha sonra öz əyləncəsi üçün də pul “qazanmaq” niyyətinə düşüb.

Hansen lüks həyat tərzinə alışaraq gəlirlərini artırmaq həvəsində olub. Lakin 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Hansenin həyatı alt-üst olub. Sovet İttifaqının dağılması ilə əlaqədar məlumat satmağa həvəsli olan KQB agentləri ilə görüşməyə çalışan ABŞ hökuməti nəhayət Aleksandr Şerbakov adlı agent ilə əlaqələr qura bilib.

FBI Agent Robert Hanssen Escapes Death Penalty After Selling U.S. Secrets  To Russia In History Today,

Hansenin casus olduğuna dair bütün sübutları özündə cəmləşdirən bir sənədi FTB-yə verən Aleksandr Şerbakov, Hansenin günahkar olduğunu ortaya çıxarıb. Ancaq FTB -nin Hansen haqqında tamamilə fərqli bir fikri var idi. FTB vəzifəliləri onun casus olduğuna inanmaq istəmirdi.

FTB –də ən yaxşı kompüter mütəxəssisi olaraq bilinən Hansenə Erik Oneil adlı bir köməkçi də verildi. Erik Oneilin əsas işi Hansenin casus olub-olmadığını araşdırmaq idi.

Köməkçisi Hansenin kompüterinə daxil olaraq onu onu de-şifrə etməyi bacarır. Hansen əvvəlcə edama məhkum edilsə də, sonradan ona ömürlük həbs cəzası verilib.

FTB agentlərinin ölkələrini satmaları sadəcə filmlərdə olmur. Robert Hansen 2001-ci ildə tutulana qədər sirləri sataraq milyonlar qazanıb.

Musavat.com ölkəsinin sirlərini satan FTB agenti haqqında maraqlı faktları təqdim edir:

FTB tarixinin ən böyük kəşfiyyat boşluğu sayılan Robert Hansen kənardan sakit bir insan kimi görünməsinə baxmayaraq, arxa planda çox fərqli şeylər edib.

56 yaşlı agent tutulanadək məlumat ötürərək milyonlar qazanmaqla yanaşı, 2 ABŞ casusunun ölümünə səbəb olub.

1966-cı ildə Kimya dərəcəsi almasına baxmayaraq, əsas maraq dairəsi olan kodlarla və cihazlarla maraqlanmağa başlayıb və bir müddət sonra rus dilini öyrənib. Bu sayədə sovet casusları ilə əlaqələr qurmağa başlayıb. 1972 -ci ildə Çikaqoda Polis İdarəsində mühasib və daha sonra gizli müstəntiq olaraq işə götürülən Hansen, 1975 -ci ildə FTB –yə müraciət edib və dərhal işə qəbul olunub.

FTB agenti olmağı bacaran Robert Hansen, həftələrlə davam edən təlimlərdən və Amerikaya sədaqət andından sonra Nyu Yorka təyin edilib. Burada isə yüksək ödənişlər və borclarla mübarizə aparmağa başlayıb. Çünki Nyu Yorkda yaşam olduqca baha idi.
Heç bir əlavə ödəniş almayan, aşağı maaşla çox iş görən və ABŞ-ın ən həssas sənədlərinə əli çatan Hansen, pulsuzluq səbəbindən bir plan qurmağa qərar verib.

robert2.jpg (51 KB)

Hansen sovet kəşfiyyatından bir agentə yazdığı anonim məktubda 20.000 dollar qarşılığında “QRU”da ABŞ kəşfiyyatına işləyən casus general Dmitri Polyakovun adını verməyi təklif edib.

Bir neçə həftə sonra məktubuna cavab alan Hansen artıq sovet kəşfiyyatının gizli agenti olub. Sovet İttifaqına bir dəfə casusluq edən Hansen, daha sonra ABŞ kəşfiyyatında yüksək vəzifəyə təyin olunub. Bundan sonra daha çox iş öhdəliyi və daha yüksək maaş alaraq Vaşinqtona göndərilib.

Virciniyada bir ev alan Hansen yenidən maddi çətinliklərə görə, Sovet kəşfiyyatındakı əlaqələrini işə salıb və yenidən başqa bir məktub yazıb. Çünki vəzifəsi artdıqca əldə edə biləcəyi sənədlərin sayı da xeyli artıb.

Kəşfiyyat işçisinə 100.000 dollar qarşılığında sübutlarla 3 casus adını təqdim edən Hansen həmin şəxslərin edam edilməsinə səbəb olub. Bu hadisədən bir neçə il sonra sovet kəşfiyyatına saysız -hesabsız məlumatlar verən Hansen hər iki tərəfin də güvəndiyi bir fiqur olub.

Əvvəlcə yalnız ailəsini dolandırmaq üçün casusluq edən, bu işdən 1 milyon dollardan çox pul qazanan Hansen daha sonra öz əyləncəsi üçün də pul “qazanmaq” niyyətinə düşüb.

Hansen lüks həyat tərzinə alışaraq gəlirlərini artırmaq həvəsində olub. Lakin 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Hansenin həyatı alt-üst olub. Sovet İttifaqının dağılması ilə əlaqədar məlumat satmağa həvəsli olan KQB agentləri ilə görüşməyə çalışan ABŞ hökuməti nəhayət Aleksandr Şerbakov adlı agent ilə əlaqələr qura bilib.

FBI Agent Robert Hanssen Escapes Death Penalty After Selling U.S. Secrets  To Russia In History Today,

Hansenin casus olduğuna dair bütün sübutları özündə cəmləşdirən bir sənədi FTB-yə verən Aleksandr Şerbakov, Hansenin günahkar olduğunu ortaya çıxarıb. Ancaq FTB -nin Hansen haqqında tamamilə fərqli bir fikri var idi. FTB vəzifəliləri onun casus olduğuna inanmaq istəmirdi.

FTB –də ən yaxşı kompüter mütəxəssisi olaraq bilinən Hansenə Erik Oneil adlı bir köməkçi də verildi. Erik Oneilin əsas işi Hansenin casus olub-olmadığını araşdırmaq idi.

Köməkçisi Hansenin kompüterinə daxil olaraq onu onu de-şifrə etməyi bacarır. Hansen əvvəlcə edama məhkum edilsə də, sonradan ona ömürlük həbs cəzası verilib.Musavat.com