Yüzlərlə insanın yuxuda ölməsinə səbəb olan “Kabus sindromu” haqqında QORXUNC FAKTLAR

Yüzlərlə insanın yuxuda ölməsinə səbəb olan “Kabus sindromu” haqqında QORXUNC FAKTLAR

29 Avqust 2021 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

1970-1980-ci illər arasında ABŞ-a köçmüş bəzi asiyalılar yuxuda qəfildən ölürdülər.

Ölənlərin səhhətində görünən heç bir problem olmasa da, yuxuda ağladıqları və sonra öldükləri müşahidə edilirdi. Həm ictimaiyyət, həm də səlahiyyətlilər bu ölümlərin təəccüblü olduğu üçün mediada tez –tez işıqlandırılmasını tələb edirdilər.
Amerikalı məşhur rejissor Wes Craven də bu ölümlərdən təsirlənərək bir neçə film ərsəyə gətirib.

1980 -ci illərdə bu şəkildə ölənlərin sayı qorxunc şəkildə çox idi. ABŞ səlahiyyətliləri 1981-ci ildən etibarən vəziyyəti izləməyə başladıqdan sonra 117 belə ölüm hadisəsi baş verdi. Səhiyyə işçiləri bu vəziyyəti əvvəlcə “Asiya ölüm sindromu”, sonra “Qəfil gecə ölümü sindromu” adlandırdılar. Yuxuda ölmək Filippində “bangungut”, Yaponiyada “pokkuri” digər ölkələrdə isə fərqli formada adlandırılıb. Lakin bütün bunların hamısı təxminən "kabus ölümü" deməkdir.

The Mysterious Deaths of Laotian Refugees Who Died In Their Sleep

4 ölümü müşahidə edən doktor Michael McGee bunları demişdi: "Ölüm səbəblərinin nə olduğunu bilmirəm. Bu insanlar başından vurularaq, ürəyindən bıçaqlanaraq, damdan yıxılaraq və ya zəhərlənərək ölmədilər. Hər hadisədə ekspertiza etdik, amma heç bir nəticə əldə olunmadı”.

Daha sonra ölən 18 adamın ekspertizası zamanı hamısının ürəklərinin genişləndiyini ortaya çıxdı. Hamısının ürək əzələlərinin daralmasına səbəb olan ürək sistemində problemlər olduğu qeyd edildi. 1987 -ci ildə ölümlər daha sistemli şəkildə araşdırıldı və araşdırmanın nəticələri bir jurnalda nəşr edildi. ABŞ və Taylanddakı qaçqın düşərgələrində ölümlər araşdırıldı və nəticəyə gəlindi ki, belə ölümlər ABŞ-da daha çoxdur. Araşdırma yalnız yuxuda ölənlərə aid olsa da, Taylanddakı ailələrin, dostların və digər düşərgə sakinlərinin bənzər vəziyyətlərlə qarşılaşıb –qarşılaşmadıqlarına da diqqət edildi.

Killer Ghosts & Broken Hearts: The Mystery of Sudden Unexplained Death in  Sleep in Asian Men | Patrick F. Clarkin, Ph.D.

Ölənlərin əksəriyyətinin əvvəllər yuxu pozğunluqları olduğu müəyyən edildi. Bu ölümlərin həm genetik əsaslı olduğu, həm də epilepsiya xəstələrində daha çox rastlandığı qənaətinə gəlindi.

Bundan əlavə, stressin də bir faktor olduğu vurğulandı. Eyni zamanda, qəflətən ölən asiyalıların yenicə ABŞ-a köçdükləri və qısa müddətli köç edən immiqrantlar üçün ölüm riskinin uzun müddətli köç edən mühacirlərə nisbətən daha yüksək olduğu izah edildi. Mühacirlərin mədəniyyətinin və inancının bir parçası olan “kabus ruhları”nın da onların ölümlərinə təsir edə biləcəyi vurğulandı.
Dövrün müayinələri ölümün əsas səbəbinin ürək problemi olduğunu göstərsə də, inancları ilə onlara edilən təzyiqin də təsirli olduğu ifadə edildi.

Rejisor Wes Craven bu sirri ekranlara gətirdikdən uzun müddət sonra hadisələr tibbi və elmi cəhətdən həll edildi. Ölən insanlarda “Brugada” sindromu müəyyən edildi. “SCN5A” geninin mutasiyası olaraq da bilinən “Brugada” sindromu ürək ritmini pozur və xəstələrin ölümünə səbəb olur. Bu sindrom gələcək nəsillərə də genetik olaraq ötürülür. Musavat.com