Xəzər dənizinin hüquqi statusuna dair iclas keçiriləcək

Xəzər dənizinin hüquqi statusuna dair iclas keçiriləcək

26 Aprel 2011 11:44
903
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gündən etibarən Bakıda Xəzər dənizinin statusunun müəyyənləşdirilməsinə dair görüşlər keçiriləcək.


26 - 27 aprel tarixlərində Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun 28-ci iclası təşkil olunacaq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Tədbirin açılışında Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Xələf Xələfov çıxış edəcək.
İclasda işçi qrup Konvensiyanın müzakirəsini davam etdirəcəklər.


Xəzər dənizinin hüquqi statusu onun mənəvi statusu ilə müəyyən olunmalıdır. Yəni sahil dövlətlərinin əhalisi arasında beynəlxalq hüquq normalarına və mövcud dəniz sərhədlərinə uyğun bölünməlidir...


Elvin Babayev


O.M.