Peyvənd olunanların bəzilərində  həyat üçün təhlükəli yan təsirlər müşahidə olunur

Peyvənd olunanların bəzilərində həyat üçün təhlükəli yan təsirlər müşahidə olunur

6 Mart 2021 10:36
Bəyəndim (1) Bəyənmədim (1)

“Pfayzer” koronavirus əleyhinə peyvəndi ilə peyvəndlənən şəxslərdə yan təsirlər müşahidə edilib.

Oxuməni.az xəbər verir ki, bu məlumat İsrail Səhiyyə Nazirliyinin hesabatında yer alıb.

Müşahidə edilən yan təsirlər görmə problemləri, ağciyər plevrasının iltihabı, ürək iltihabı, infarkt və qaraciyər zədələnməsidir.

Ümumilikdə yan təsirlərin 4,7 milyon peyvənd olunandan 153-də qeydə alındığı bildirilib. “Pfayzer”in ikinci dozasının qəbul edən 3,4 milyon şəxsdən cəmi 162-də yan effektlər qeydə alınıb.

Oxuməni.az