Ruslan Mahmudov həbs edildi

Ruslan Mahmudov həbs edildi

4 Mart 16:20
114
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı rayon polis şöbəsinə Çarhan kəndindəki evlərin birindən ümumi dəyəri 3 200 manat olan inşaat materialları, müxtəlif məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Daxil olan müraciət əsasında keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, zərərçəkmişin həmkəndlisi Ruslan Mahmudov saxlanılıb.

Araşdırma zamanı həmin şəxsin yanvar-fevral ayları ərzində Çarhan kəndi ərazisində daha 6 evdən də oğurluq etdiyi məlum olub.

Belə ki, Ruslan Mahmudovun ev sahiblərinin evdə olmamasından istifadə edərək həmin ünvanlara daxil olduğu, ümumi dəyəri 5 000 manata yaxın olan müxtəlif məişət əşyaları və elektrik kabelini oğurladığı müəyyən edilib.

O, oğurladığı əşyaların bir qismini satıb, digərləri isə polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şamaxı rayon polis şöbəsinə cinayət işi başlanılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Zaur