35 yaşlı icra başçısı dəyəri 350 min manat olan xarici avtomobili hansı pulla alıb?

35 yaşlı icra başçısı dəyəri 350 min manat olan xarici avtomobili hansı pulla alıb?

3 Mart 2021 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafanın gənc icra başçısı müdirə xanımına 350 minlik lüks avtomobil alıb.

Oxuməni.az Güninfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə belə bir iddia ortaya çıxıb. İcra başçısı Seymur Orucov dəyəri 350 min manat olan 10 NK 200 dövlət nömrə nişanlı “GMC Yukon Denali” markalı avtomobili qardaşı Vasif Orucovun adına alaraq, həyat yoldaşı Çeşmə xanımın özəl gününə hədiyyə etdiyi bildirilir. Belə ki, yayılan məlumatda Maştağa qəsəbəsində bağça müdirəsi işləyən Çeşmə xanımla yerli sakinlər arasında ciddi narazılıqların olduğu da deyilib. Qeyd edilib ki, Çeşmə xanım bağçada qiymətləri qaldırdığı üçün yerli sakinlərlə tərs düşüb. İcra başçısının həyat yoldaşının ona bağışladığı 350 minlik lüks avtomobillə işə gəlməsi qəsəbədə ciddi müzakirələrə səbəb olub. İcra başçısı və xanımı ilə bağlı yayılan məlumatlar, sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb və çox sayda komentlər, eləcə də ciddi sualların yaranmasına səbəb olub. Eyni zamanda, müzakirələrdə 35 yaşlı icra başçısının qısa zaman müddətində, dəyəri 350 min manat olan xarici avtomobili hansı pulla alması, Elmlər Akademiyası metrosu ərazisində bir neçə mənzilə, Novxanı ərazisində dəyəri yarım milyon iki bağ evinə necə sahib olması sosial şəbəkə istifadəçiləri tərəfindən səs-küylü tənqidlərə məruz qalıb.

Onu da qeyd edək ki, Ağstafa icra başçısı Seymur Orucov BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyevin baçısı oğlu, İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevin kürəkənidir.