Pakistanda terror aktı törədilib

Pakistanda terror aktı törədilib

26 Aprel 2011 10:53
899
Bəyəndim (0) Bəyənmədim (0)


Pakistanda hərbi maşınlara terror hücumları təşkil edilib, 4 nəfər ölüb, 50-dən çox insan yaralanıb.


Pakistanın cənubundakı Karaçi şəhərində Hərbi Dəniz Qüvvələrini aparan avtobusa bombalı hücum nəticəsində 3 nəfərin öldüyü, 33 nəfərin isə yaralandığı bildirilib.


Yerli televiziyalara müsahibə verən polis hücumların terror qruplaşmalarının intiharçı dəstələrinin həyata keçirdiyini və yaralıların vəziyyətinin ağır olduğunu deyib.


Qeyd edək ki, bu gün Pakistanın Barida şəhərində analoji hadisə baş vermiş, 1 nəfər həyatını itirmiş, 17 nəfər isə yaralanmışdı.


Müsəlmanlar nə zaman müsəlman olacaqlar?..


Hafiz Əhmədov


O.M.