İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video

1 Mart 11:30
149
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb.

Oxuməni.az bildirir ki, video icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. N saylı hərbi hissənin komandiri ilə görüntülənən V. Həsənov ata yurduna gedir, evlərini, həyətlərini göstərir.

Videonun təqdimatında icra başçısının içkili olduğu iddia edilir. Buna görə də V. Həsənovun şəhid qanı ilə alınmış torpaqlara sərxoş vəziyyətdə getməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Oxuməni.az videogörüntüləri təqdim edir