Azərbaycanlı aktyorun evində partlayış baş verib
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın evində partlayış baş verib.
Oxuməni.az xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan aktyor xəstəxanaya yerləşdirilib.
. Aldığımız məlumata görə, Cavid Telmanın vəziyyəti ağırdır. O, 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsində müalicə alır. Faktla bağlı araşdırma aparılır. Hələlik partlayışa qaz sızmasının və ya başqa amilin səbəb olduğu məlum deyil.
Digər xəbərlər