Barak Obama missioner siyasəti aparır

Barak Obama missioner siyasəti aparır

26 Aprel 2011 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikadakı Türk Koalisiyası ABŞ prezidenti Barak Obamanın 24 aprel açıqlamasını "Missioner zehniyyəti " adlandırıb. Bu sözləri mərkəzi paytaxt Vaşinqtonda yerləşən Türk Koalisiyasının rəhbəri Linkoln Mıkkurdi verdiyi yazlı açıqlamada bildirib.


Linkoln Obamanın ermənilərin çəkdiyi əziyyəti qabartdığını, amma Osmanlı müsəlmanlarının Şərqi Anadoluda və Qafqaz regionunda etnik təmizləmə siyasətinə məruz qalmalarına biganə qaldığını deyib və prezidenti missioner zehniyyətli siyasətçi adlandırıb.


Yazılı açıqlamada 19 və 20-ci yüzilliklərdə 5 milyon Osmanlı müsəlmanının öldürüldüyündən, 5.5 milyon insanın isə illərə sürgün həyatı keçirdiyindən də bəhs olunur.


Linkoln bu cür dəhşətli faciələrdən sonra türklərlə ermənilər arasında dostluq qurula bilməyəcəyindən də söhbət açıb.


Erməni "soyqırımı"ndan danışan siyasətçilər heç olmasa bir dəfə Quba kütləvi məzarlığına getsələr həqiqəti əyani şəkildə dərk edərlər...


Hafiz Əhmədov


O.M.