Yazıçılar Birliyi “mənzil qalmaqalı” ilə bağlı daha bir bəyanat yaydı

Yazıçılar Birliyi “mənzil qalmaqalı” ilə bağlı daha bir bəyanat yaydı

31 May 2012 18:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Yazıçılar Birliyi (AYB) "mənzil qalmaqalı" ilə bağlı daha bir bəyanat verib. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, son zamanlar "mənzil qalmaqalı" adı ilə KİV-ə yol tapan yazılar ədəbi ictimaiyyəti çaşdırmaq üçün vasitəyə çevrilib: "Təəssüf doğuran hal odur ki, Yazıçılar Birliyi üzvü olan bəzi yazarlar belə şər və böhtanlara nəinki rəvac verir, hətta onların ayaq tutub yeriməsi üçün canfəşanlıq edirlər. Aləmzar Sadıqqızının bu yolda etdiyi "qəhrəmanlıq" lap "ürəkaçandır".

Bəyanatda bildirilib ki, mənzil növbəsində sonuncu olmasına baxmayaraq, bəzi saytları, agentlikləri və mətbu orqanlarını yalanla, şər-böhtanla bol-bol təmin edən A. Sadıqqızı AYB-ni və burada çalışan insanları təhqir etməkdə davam edir: "Mənzil növbəsində olanların tələbinə uyğun olaraq o, etdiyi hərəkətlərə görə yazılı şəkildə üzr istəməsə, onun üzvlük və işdə qalıb-qalmaması məsələsi katiblikdə müzakirəyə çıxarılacaq".

O.M.