Ermənilər atəşkəsi yenidən pozub

Ermənilər atəşkəsi yenidən pozub

26 Aprel 2011 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 25-də saat 16.10-dan 16.30-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, aprelin 26-da saat 01.30-dan 01.45-dək və 02.00-dan 02.05-dək Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.


Qeyd edək ki, atəşkəs rejimi mütəmadi olaraq hər gün pozulur.


Düşmən sual verircəsinə atəş açır. Cavabı isə həlledici olacaq...


Elvin Babayev


O.M.